Accessibility links

İran Azərbaycanı və Kərəcdə ən azı 10 edam məhkumunun hökmü icra edilib


Hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bazar ertəsi günündən bəri Həmədan, Zəncan, Qərbi Azərbaycan və Əlburz vilayətlərində ən azı 10 edam məhkumu dar ağacından asılıb.

Norveçdə yerləşən hüquq müdafiə qrupu IHR keçən 4 gün ərzində Həmdan, Zəncan, Nəğədə (Sulduz) və Kərəc həbsxanalarında tətbiq edilən ölüm cəzalarının hamısının narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar olduğunu bildirib.

Həmədan şəhərinin mərkəzi həbsxanasında iyulun 17 və 18-də Mohsin Yaquti, Həmzə Fərruxi, Əhməd Müqəddəm və Səid Almasi adlı məhkumlar edam edilib.

IHR qrupu Əhməd Müəqəddəmin əslən Təbrizdən və bir oğlan uşağının atası olduğunu yazıb.

Nəğədə həbsxanasında da bazar ertəsi günü Səngər Xızri adlı bir məhkum asılıb. Hüquq müdafiə qurumunun xəbərinə görə, o, 3 ildir həbsdə saxlanılırdı.

Zəncanın mərkəzi həbsxanasında isə narkotik maddə qaçaqmalçılığı ittihamı ilə əlaqədar edam edilən Fəramərz Nizami və Əsgər Rəhimiyanın əslən Şərqi Azərbaycan vilayətindən olduqları bildirilib. Onların da edam hökmü bazar ertəsi günü icra edilib.

İyul ayının 18-də Kərəcin Qızılhasar həbsxanasında isə üç məhkumun ölüm cəzası tətbiq edilib. IHR onların adlarını Siyamək Həyatbini, Müslüm Havasizadə və Seyyid Mənsur Seyyidi olaraq açıqlayıb.

Beynəlxalq insan haqları təşkilatları İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilən etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG