Accessibility links

Güneyli siyasi məhbus Əsgər Fərəciyə tibbi məzuniyyət verilmir


Evin həbsxanası
Evin həbsxanası

Keçən il iyunun 20-dən həbsdə olan güneyli siyasi məhbus Əsgər Fərəciyə həbsxanadan kənarda tibbi xidmət göstərilmir.

Bölgədə insan haqları ilə bağlı xəbərləri işıqlandıran “Abbas Lisani” adlı Telegram kanalı bu siyasi məhbusun səhhəti ilə əlaqədar hesabatda, milli fəalın bel ağrılarından əziyyət çəkdiyindən xəbər verib.

Fərəcinin ailəsinin dəfələrlə müraciəti və bu siyasi məhbusun həbsxana rəhbərliyinə və məhkəmə orqanlarına tibbi məzuniyyətlə bağlı çoxsaylı müraciətlərinin nəticəsiz qaldığı bildirilir.

Əsgər Fərəci Tehranın Evin həbsxanasında 5 illik həbs cəzasını çəkməkdədir və ötən ilin iyun ayından bəri məzuniyyətə çıxmaq hüququndan məhrum edilib.

Tehran Ümumi və İnqilab Məhkəməsi bu güneyli milli fəalı "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq", "qanunsuz qruplaşmaya üzv olmaq”, "İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "ictimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumat paylaşmaq" ittihamları ilə ümumilikdə 17 il 4 ay həbsə və 2 il sürgünə məhkum etmişdi.

Daha sonra Apellyasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü 5 ilə azaldıb.

XS
SM
MD
LG