Accessibility links

İranda görkəmli aktrisaya hicab qanununu pozduğuna görə hökm oxundu


İranda məhkəmə görkəmi aktrisaya məcburi hicab geymədiyinə görə iki illik şərti həbs cəzası kəsib.

“Əfsanə Bayeqana papaq geydiyinə və hicab qanunlarında riayət etmədiyinə görə beş il müddətinə şərti iki illik həbs cəzası verilib,” Fars xəbər agentliyi bildirib.

Mövcud İran qanunları qadınlardan ictimai məkanda başlarını və boyunlarını örtməyi tələb edir.

Məhkəmə həmçinin Bayeqana hər həftə psixoloji mərkəzə gedərək “anti-ailə xarakterindən qaynaqlanan əqli xəstəliyi” müalicə etməyi əmr edib.

Hökmə əsasən aktrisa iki il müddətinə sosial mediada postlar yaza və İslam respublikasını tərk edə bilməz.

61 yaşlı aktrisa bir az öncə filmə həsr edilmiş mərasimə hicabsız qatılmış və oradan fotoları sosial mediada paylaşmışdı.

Bayeqan ötən il 22 yaşlı Məhsa Amininin əxlaq polisi nəzarətində ölməsindən sonra baş qaldıran etiraz aksiyalarına dəstək ifadə etmişdi. Amini hicab qanunlarını pozduğuna görə həbs olunmuşdu.

İranda 1979-cu ildə Ruhulla Xomeyninin rəhbərliyi altında islamçı qüvvələrin hakimiyyətə gəlməsindən sonra qadınlara başıaçıq gəzmək qadağan olunub.

Aminin ölümünün ardınca baş verən kütləvi etirazlar hökumətin sərt ölçüləri nəticəsində yatırılıb, yüzlərlə adam ölkənin təhlükəsizlik qüvvələri tərəfindən, öldürülüb, həbs edilib, və işgəncəyə məruz qalıb.

XS
SM
MD
LG