Accessibility links

"Ukraynanın hücum əməliyyatında seçimləri qalır"


Ukraynanın ləng əks-hücum əməliyyatlarını müşahidə edən ABŞ müdafiə rəsmiləri cəbhə xəttində əsaslı dəyişikliklər olmamasına baxmayaraq, həyəcan təbili çalmağa tələsmirlər.

Ümid var idi ki, ABŞ və Qərb tanklarının və zirehli maşınlarının, o cümlədən yeni sursat, artilleriya və raket sistemləri təchizatının döyüş səhnəsinə gəlişi rusların cəbhə xəttini sürətlə yarmağa yol açacaq.

Papua Yeni Qvineyada səfərdə olan ABŞ müdafiə naziri Lloyd Austin Ukraynanın hələ də vaxtının qaldığını hesab edir.

“Onların əlində hələ də çoxlu seçimlər var,” Austin mətbuat konfransında bildirib.

“Onlar metodik olaraq işləyirlər. Onlar insan resurslarına və ləvazimata qənaət edirlər,” Austin deyib. “Güman edə bilərsiz ki, onlar hücumu davam etdirəcəklər.”

Ukrayna rəsmiləri irəliləyişn ləng olmasına görə qış aylarında Rusiya qoşunlarının işğal edilmiş ərazilərə çoxsaylı mina basdırdıqlarını əsas gətirirlər.

Yüksək rütbəli ABŞ rəsmiləri rusların mina çöllərinin effektivliyini etiraf edirlər.

Lakin bir sıra hazırkı və sabiq rəsmilər ukraynalı komandirlərin Amerika doktrini əvəzinə sovet-stilli hərbi taktikalara qayıtdıqlarından gileylənirlər. Onların fikrincə hücumun sürətinin zəifləməsinə də səbəb budur.

Austin Ukraynanın əks-hücum əməliyyatı ilə bağl gözləntilərin xeyli nikbin olduğuna da eyham vurub.

XS
SM
MD
LG