Accessibility links

Honq Konq məhkəməsi demokratiya himninin qadağan olunmasına icazə vermədi


Honq Konq məhkəməsi yerli hökumətin “Honq Konqa Eşq Olsun” adlı demokratiyanı tərənnüm edən mahnını qadağan etməsi xahişini rədd edib.

Xahiş olunan qadağa Honq Konqda ifadə azadlığına həmlə kimi qiymətləndirilir.

Mahnı 2019-cu ildə demokratiya uğrunda keçirilən nümayişlər vaxtı bəstələnib və demokratiya hərəkatının himni sayılır.

O vaxtdan bəri beynəlxalq idman yarışlarında Çin dövlət himni əvəzinə bu mahnı səhvən səsləndirilib ki, bu da Pekin rəsmilərini hiddətləndirib.

Honq Konq 1997-ci ildə kommunist Çin idarəçiliyinə təhvil verilib.

Sabiq Britaniya ərazisinin Pekinə təslim edlməsinin əsas şərtlərindən biri burada 50 il ərzində vətəndaş azadlıqlarının qorunub saxlanılması idi.

Lakin Çin hökuməti o vaxtdan bəri honq konqluların illər boyu malik olduqları azadlıqları boğmağa başlayıb.

Hakim Antoni Çan öz hökmündə bəyan edib ki, mahnıya qadağa qoyulması Honq Konqda ifadə azadlığına sarsıdıcı zərbə endirmiş olardı.

XS
SM
MD
LG