Accessibility links

Rusiya qüvvələri Sumıda təhsil müəssisəsinə raket zərbəsi endirib. Moskvaya dron hücumu edilib


Ukrayna paytaxtı Kyivdə insanlar Ukraynanın şərqində Olenivkada həbsxana binasına onlarla ukraynalı hərbi məhbusun ölümü ilə nəticələnən hücumun ildönümünü qeyd etmək üçün Rusiya səfirliyi qarşısında toplaşıb, 29 iyul 2023.
Ukrayna paytaxtı Kyivdə insanlar Ukraynanın şərqində Olenivkada həbsxana binasına onlarla ukraynalı hərbi məhbusun ölümü ilə nəticələnən hücumun ildönümünü qeyd etmək üçün Rusiya səfirliyi qarşısında toplaşıb, 29 iyul 2023.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Ukraynanın Sumı şəhərində Rusiyanın raket hücumu nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

Ukrayna milli polisinin sözçüsü Maryna Polosina Rusiya qüvvələrinin zərbəsi nəticəsində “təhsil müəssisəsinə” zərər dəydiyini bildirib.

Ukrayna polisinin bazar günü yaydığı videoda yaralıların hadisə yerindən aparıldığı və yaxınlıqdakı zədələnmiş binadan tüstü qalxdığı göstərilir.

Moskva bazar günü Rusiya qüvvələrinin gecə ərzində Ukrayna tərəfindən Krıma 25 dronla hücum cəhdinin qarşısını aldığını bildirib.

“Ukraynanın on altı pilotsuz uçuş aparatı təyyarə hava hücumundan müdafiə atəşi ilə məhv edilib. Zərərçəkən olmayıb”, Rusiya Müdafiə Nazirliyi bildirib.

Pilotsuz təyyarə hücumundan sonra Moskva şəhərinin biznes rayonunda zədələnmiş bina təftiş edilir, 30 iyul 2023.
Pilotsuz təyyarə hücumundan sonra Moskva şəhərinin biznes rayonunda zədələnmiş bina təftiş edilir, 30 iyul 2023.

TASS agentliyi Moskva meri Sergey Sobyaninə istinadən Ukraynanın pilotsuz təyyarələrinin bazar günü səhər tezdən Moskvaya hücum etdiyi, lakin itkilərin olmadığı haqda məlumat verib.

“Bu gecə Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu olub. Moskva Sitidə (biznes mərkəzi) iki inzibati binanın fasadına cüzi ziyan dəyib. Heç kim xəsarət almayıb”, Sobyanin Telegram kanalında bildirib.

Rusiya Müdafiə Nazirliyi hadisəni “Kyiv rejimi tərəfindən terror hücumu cəhdi” kimi qiymətləndirərək, şəhərin üç pilotsuz təyyarə tərəfindən hədəf alındığını bildirib.

TASS agentliyi Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinə istinadən bir mühafizəçinin yaralandığı barədə məlumat verib.

Agentliyin məlumatına görə, şəhərin cənub tərəfində yerləşən Vnukovo hava limanında uçuşlar təxminən bir saat müddətində dayandırılıb, Moskva və onun ətrafı üzərində hava məkanı müvəqqəti olaraq hər hansı təyyarə üçün bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG