Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyən bəyanatla çıxış edib.
“Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq. 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq. Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında yayılan bəyanatında deyilir.
İyulun 30-da Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində 40-dan çox insan ölüb.
Fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, 100-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.