Accessibility links

İşçi Masası "Yol hərəkəti" haqqında qanundan narazıdır


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

"2022-ci il dekabrın 16-da Milli Məclisdə qəbul edilən "Yol hərəkəti" haqqında Qanuna dəyişiklik layihəsinə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunur", sənəddə bildirilir.

Bəyanatda deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün isə gömrük bəyannaməsi lazımdır. Lakin motosiklların satıldığı yerlər bununla bağlı müvafiq sənədi təqdim etmirlər.

"Motosikllar ölkəyə vergidən yayınmaq məqsədi ilə ehtiyyat hissəsi kimi gətirildiyi üçün satış məntəqələri, bu sənədin təqdimatından boyun qaçırırlar. Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir" - deyə, bəyanatda qeyd edilir.

İşçi Masası HİK sədri Afiəddin Məmmədov bildirib ki, motosiklları gətirən şirkətlərin vergidən yayınmasının, qanuna uyğun olmayan qazanc əldə etməsinin cəzasını, işsizlikdən əziyyət çəkən, özünün və ailəsinin dolanışığını təmin etməyə çalışan kuryerlər çəkir.

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Onun sözlərinə görə, onlar Milli Məclisdən və aidiyyəti digər qurumlardan, Kuryerlər Birliyi Həmkarlar İttifaqı olaraq məsələ ilə bağlı açıqlama və problemin tezliklə kuryer işçilərinin mənafeyinə uyğun olaraq həll edilməsini tələb edirlər.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG