Accessibility links

İranda hicabdan imtina edən şahmatçı Bakıda Dünya Kuboku yarışlarında çıxış edir


Sarasadat Xademalşəhriyən, iranlı şahmatçı
Sarasadat Xademalşəhriyən, iranlı şahmatçı

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda hicabdan imtina edən 26 yaşlı İran əsilli şahmatçı Sarasadat Xademalşəhriyənin iştirakı beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

O ötən il İranda hicabın məcburi geyinilməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra məşhurlaşıb. Qazaxıstanda keçirilən beynəlxalq turnirdə onun yarışa hicabsız çıxması İran hakimiyyətinin kəskin tənqidinə səbəb olub. Bundan sonra şahmatçı İspaniyaya mühacirət edib və dünya çempionatı ərəfəsində, 2023-cü ilin yanvarında İspaniya vətəndaşlığı alıb. Elə həmin ay İran onun barəsində həbs qərarı çıxarıb.

O, Bakıda İspaniya millisinin tərkibində çıxış edir.

Yüksək reytinqə görə Sarasadat mübarizəyə ikinci raunddan - 1/32 finaldan başlayır. Bu gün o, İndoneziyadan olan Aulia Medina Varda ilə görüşür.

İndoneziyalı 1/128 finalda filippinli Frayna Janelle Maeni 1,5:0,5 hesabı ilə məğlub edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG