Accessibility links

Lənkəran və Monterey şəhərinin qardaşlaşması şərəfinə Dostluq parkı salınıb


Lənkəranda Dostluq parkı açılıb (Mənbə: Lənkəran İcra Hakimiyyəti)
Lənkəranda Dostluq parkı açılıb (Mənbə: Lənkəran İcra Hakimiyyəti)

Azərbaycanın Lənkəran rayonunun İstisu qəsəbəsində (Bakıdan 247 kilometr cənub) Lənkəranın ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində salınan Dostluq parkının açılışı olub.

ABŞ-ın Azərbyacandakı səfirliyinin məlumatında deyilir ki, açılış mərasimində Lənkəran-Monterey Dostluq Assosiasyianın həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov iştirak edib.

“Səfirlik iki qardaşlaşmış şəhər arasında tərəfdaşlığı görməkdən məmnundur”, məlumatda deyilir.

Lənkəranda Dostluq parkı açılıb (Mənbə: Lənkəran İcra Hakimiyyəti)
Lənkəranda Dostluq parkı açılıb (Mənbə: Lənkəran İcra Hakimiyyəti)

Lənkəran rayon İcra Hakimiyyətinin məlumatında deyilir ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub, münasibətlərin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb.

“Yeni salınan parkda gələcəkdə Monterey günləri keçiriləcək”, o qeyd edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini vurğulayıb.

"Şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporasının fəaliyyətinə müsbət təsir göstərir”, o qeyd edib.

Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfric deyib ki, son bir ildə ərazidə böyük quruculuq işləri həyata keçirilib. Onun fikrincə, qarşılıqlı əlaqələrin inkişafı və adət-ənənələrin təbliği baxımından Montereydə də Lənkəran günlərinin keçirilməsi əhəmiyyətlidir.

Lənkəran rayonunun İstisu qəsəbəsində Yaşılçay Fermer Təsərrüfatının rəhbəri Araz Yağubova məxsus ümumi sahəsi 5 hektar olan ərazidə salınan Dostluq Parkı iki hissədən, - göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə katamaranlar yerləşdirilib, söhbətgahlar tikilib və yaşıllıqlar salınıb. Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfrij tərəfindən hədiyyə olunan “Cırtdan” heykəli qurulub. İkinci hissədə isə meyvə bağları, lavanda sahəsi və gənclərin istirahəti üçün düşərgələr qurmaq üçün sahə ayrılması nəzərdə tutulub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG