Accessibility links

Həmədanda hicab məsələsinə görə yaşanan münaqişə ilə bağlı beş vətəndaş həbs edilib


Həmədan vilayəti
Həmədan vilayəti

İranın Həmədan şəhərində "hicab qaydaları" ilə əlaqədar yaranan münaqişəyə qarışan 5 vətəndaşın həbs edildiyi bildirilib.

Dövlət agentliyi İRNA-nın məlumatına əsasən, Həmədan şəhərinin Səbədbafan məhəlləsində yaşanan bir müanqişənin görüntülərinin sosial şəbəkələrdə yayılmasının ardınca Həmədan polisi hərəkətə keçərək münaqişəyə qarışan bəzi vətəndaşları nəzarət altına alıb.

İRNA Həmədanın ictimai təhlükəsizlik polisinin rəisi polkovnik Əli Rzayiyə istinadən yazıb ki, "polisin etdiyi təhqiqat əsasında məlum olub ki, Qum sakini olan bir şəxs hicab qaydalarına riayətlə əlaqədar bir qızı 'yaxşı əmələ təşviq ' etdikdən sonra bir neçə gəncin hücumuna məruz qalıb. Gənclər onun avtomobilinə də ziyan vurublar."

Əli Rzayinin bildirdiyinə görə, Həmədan polisinin keçirdiyi əməliyyat nəticəsində hücum edən şəxslərdən 5 nəfər həbs edilib və barələrində məhkəmə işi açılıb.

İran höküməti vətəndaşlardan "Əmr bil-məruf və nəhy ənil-münkər" (yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə) üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Forum

XS
SM
MD
LG