Accessibility links

Rza Talibi: İslam Respublikasına müxalif qüvvələr Urmiyə gölü mövzusunda səssiz qalıblar


Rza Talibi
Rza Talibi

Jurnalist Rza Talibi Amerikanın Səsi ilə söhbətində Urmiyə gölündə yaşanan ekoloji fəlakətin İran İslam Respublikasının iflasa uğrayan su idarəçiliyi siyasətini göstərən nümunələrdən biri olduğunu bildirib.

"İslam Cümhuriyyətinin su siyasəti ümumiyyətlə iflasa doğru gedir. Sadəcə Urmiyə gölü deyil, digər bölgələrdə də fərqli dövlət qurumlarının su idarəçiliyində və paylanmasında ayrı-seçkilik görünür. Suyun dağıtımı, o cümlədən Urmiyə gölünün su haqqı ilə bağlı qərarları Ali Su Şurası verir. Ancaq su haqqı mövzusunda enerji nazirliyi və Sepah kimi orqanlar bu qərarlara uyğun davranmırlar," Rza Talibi deyib.

Rza Talibi: İslam Respublikasına müxalif qüvvələr Urmiyə gölü mövzusunda səssiz qalıblar
please wait

No media source currently available

0:00 0:15:25 0:00
Direct link

İran Azərbaycanının bir çox bölgəsində əhali illərdir ki, Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər. Prezident Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, habelə bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da göründüyünü bildirmişdi.

Talibi ekoloji fəlakətin sadəcə İran Azərbaycanına deyil Kürdüstan və Gilan kimi vilayətlərə də təsir edəcəyini vurğulayıb.

"Urmiyə gölünün quruması və Azərbaycanda ekoloji fəlakətin yaranması sadəcə türk əhaliyə təsir etmir. Bu çevrə fəlakəti torpaq və ya hava olaraq Kürdüstan vilayəti və hətta Gilan və Luristan vilayətlərinə də çata bilər", o deyib.

Urmiyə Gölü
Urmiyə Gölü

O, keçmiş illərdə İranın Azərbaycan və Əhvaz bölgələrində dövlətin su idarəçiliyi siyasətinə qarşı təşkil olunan kütləvi aksiyalara diqqət çəkərək bildirib ki, "bu çevrə fəlakətləri ilə bağlı etirazların fiqurlarına baxdığımızda özəlliklə üç bölgədə, keçmiş illərdə ərəb bölgəsində və bəzən lurların yaşadığı bölgələrdə gördük. Amma daha öncədən davamlı olmasa da enişli-yoxuşlu şəkildə Azərbaycan bölgəsində indiyə qədər davam edən türklərin etirazları olub."

Talibi İslam Respublikasına müxalif qüvvələrin Urmiyə gölü mövzusunda səssiz qalmalarını tənqid edir.

"Müxalifət buna səssiz qalır. Urmiyə gölü məsələsini öz təsir dairəsində görmədiyi üçün, siyasi bir çıxarı olmadığı üçün onu bold etmir. Ümumiyyətlə suçu Azərbaycanın iç bölgələri və türklərin üzərinə atır. Müxalifət Urmiyə gölü məsələsini Azərbaycan bölgəsinin məsələsi və türkün hakimiyyət ilə, mərkəz ilə bir problemi olaraq görürlər və bunu sadəcə bizimlə hakimiyyət arasında bir güc məsələsinə dönüşdürürlər. Halbuki, gələcək 10 ildə fərqli millətlər və fərqli qruplardan olan milyonlarla insan bundan təsir alacaq və bunun məsuliyyəti buna qayğısız şəkildə davranan qrupların üzərində olacaq", Rza Talibi bildirib.

Forum

XS
SM
MD
LG