Accessibility links

Ukrayna Rusiyanın gecə ərzində kütləvi hava hücumları keçirdiyini bildirir


Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya qüvvələri qanadlı və hipersəs raketlər, həmçinin İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməklə Ukraynaya 70 hava zərbəsi endirib.

Ukrayna Hərbi Hava Qüvvələri bazar günü Rusiya qüvvələri tərəfindən atılan 40 qanadlı raketdən 30-nun və bütün Şahed dronlarının vurulduğunu bildirib. Məlumatda Rusiyanın üç hipersəsli Kinjal raketi atdığı bildirilib, lakin onların vurulub-vurulmadığı açıqlamayıb.

Yerli medianın verdiyi məlumata görə, gecə saatlarında Ukraynanın qərbində, cəbhə xəttindən uzaqda yerləşən bölgə istiqamətində keçirilən hücum zamanı taxıl anbarının bir işçisi yaralanıb.

Ukrayna Rusiya hərbi hava qüvvələrinin şənbə günü axşam saatlarında Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinin Kupyansk şəhərində qanköçürmə mərkəzinə zərbələr endirdiyini və hücum nəticəsində ölən və yaralananların olduğunu bildirib.

“Ölənlər və yaralılar var”, Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında deyib. Kupyansk cəbhədən təxminən 16 kilometrlik məsafədə yerləşən dəmir yolu qovşağıdır.

Zelenski xilasedicilərin hadisə yerində yanğını söndürdüyünü deyib və raket zərbəsini “müharibə cinayəti” kimi qiymətləndirib. O, neçə nəfərin öldüyünü və ya yaralandığını açıqlamayıb.

“Təkcə bu hərbi cinayət Rusiyanın təcavüzü barədə hər şeyi deyir”, Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Hücum haqda məlumat Zelenskinin Rusiya raketlərinin Ukraynanın təyyarə istehsal edən “Motor Siç” şirkətinin obyektini vurduğunu bildirməsindən qısa müddət sonra verilib.

Rusiya minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə və şəhərlərin dağıdılmasına səbəb olan genişmiqyaslı hərbi müdaxilə zamanı mülki əhalini qəsdən hədəf aldığını inkar edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG