Accessibility links

Pakistanda qatar qəzasında ölənlərin sayı 30-a çatıb


Pakistan rəsmilərinin bazar günü bildirdiyinə görə, ölkənin cənubunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a, yaralıların sayı isə 60-a çatıb, xilasetmə əməliyyatları davam edir.

Dəmir yolları idarəsinin yüksək səviyyəli rəsmisi Mahmodur Rehman Lakho Ravalpindiyə gedən qatarın on vaqonunun Pakistanın Navabşah şəhəri yaxınlığında relsdən çıxdığını, vaqonların bəzilərinin aşdığını və çoxlu sərnişininin ilişib qaldığını bildirib.

Qəza yerində olan yüksək rütbəli polis zabiti Abid Baluc indiyədək 30 cəsədin çıxarıldığını, 60-dan çox adamın yaralandığını, bəzilərinin ağır vəziyyətdə olduğunu deyib. O, xilasetmə əməliyyatları davam etdikcə ölənlərin sayının arta biləcəyini əlavə edib.

Baluc ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu bildirib.

Yerli televiziyada xilasetmə qruplarının zədələnmiş və aşmış vaqonlardan qadın, uşaq və yaşlı sərnişinləri çıxardığı, bəzi yaralıların yerdə uzanan köməyə çağırdığı, yerli sakinlərin isə su və yemək payladığı videolar göstərilib.

Qəza bölgəsində dəmir yollarına cavabdeh olan Lakho xilasetmə qruplarının yaralı sərnişinləri yaxınlıqdakı Nəvabşahdakı xəstəxanaya apardığını deyib. Onun sözlərinə görə, Hazara Ekspres qatarı Kəraçidən Ravalpindiyə gedərkən Nəvabşah yaxınlığındakı Sərhari dəmir yolu stansiyasının yaxınlığında on vaqon relsdən çıxıb.

Dəmir yolları idarəsinin digər yüksək səviyyəli rəsmisi olan Möhsin Sayal bildirib ki, hadisə yerinə təmir qatarları göndərildiyi vaxt əsas dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Sayal qatarın sərnişinləri üçün alternativ səfər yolları və tibbi xidmət göstəriləcəyini deyib.

Dəmir yolları nəqliyyatı naziri Xaca Səad Rafiq qəzanın mexaniki nasazlıq və ya təxribat nəticəsində baş verə bildiyini bildirib. O, faktla bağlı araşdırma aparıldığını deyib.

Rabitə və siqnal sistemlərinin modernləşdirilmədiyi və təhlükəsizlik standartlarının zəif olduğu Pakistanda dəmir yollarında qəzaların tez-tez baş verməsi müşahidə edilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG