Accessibility links

Qubad İbadoğlu ilə əlaqəli olan alimin Türkiyədə tutularaq Azərbaycana gətirildiyi bildirilir


Fazil Qasımov (Mənbə: Facebook)
Fazil Qasımov (Mənbə: Facebook)

Sosial şəbəkələrdə Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycan gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Rəsmi qurumlar Fazil Qasımovun həbs edildiyini bildirsə də, onun nədə günahlandırlması barədə məlumat yaymayıb.

Fazil Qasımovun həbsi barədə məlumatı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə təsdiq ediblər.

“Cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq isintaqa təhvil verilib,” Daxili İşlər Nazirliyinin mətbuat xidməti bidlirib.

Fazil Qasımovun qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib ki, qardaşını Türkiyədə yaşadığı evdən aparıblar.

“Onu hansı səbəbdən apardıqları ilə bağlı hər hansı məlumat verməyiblər. Biz də sosial şəbəkələrdən öyrəndik ki, Fazili Bakıya gətiriblər. Amma nə ilə bağlı tutulması barədə hələ ailəmizə hər hansı məlumat verilməyib. Dövlət qurumlarından da məlumat ala bilmirik,” o, qeyd edib.

Nazim Qasımov deyib ki, qardaşı Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

“Bildyim qədəri qardaşım Fazil Mübariz Mənsimovun rəhbəri olduğu şirkətdə işləyir. Amma hansı vəzifəni daşıdığı barədə məlumatım yoxdur,” o qeyd edib.

Nazim Qasımov: Biz onu qətiyyən suçlu bilmirik
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Ailəsi Fazil Qasımovun günahkar olmasına inanmadığını bildirib.

“Biz onu qətiyyən suçlu bilmirik. Ali məktəbə qəbul zamanı çox yüksək bal toplayıb. Prezident təqaüdçüsü olub. Dövlətini, millətini sevən bir insandır”, Nazim Qasımov qeyd edib.

Qubad İbadoğlunun vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Fazil Qasımovun həbsinin Qubad İbadoğlu ilə bağlı olub-olması barədə məlumatsızdır.

“Amma Fazil Qasımovun Türkiyədə 'feto' kimi tanınan təşkilatla bağlı saxlanılması mümkün deyil. Çünki Azərbaycanda indiyədək heç kim bu ittihamla məsuliyyətə cəlb edilməyib və bundan sonra da cəlb edilə bilməz. Belə ki, Azərbaycanda 'feto' üzvü olmaqla bağlı cinayət məsuliyyəti yoxdur. Azərbaycan Milli Məclisi də 'feto'nu terror təşkilatı kimi tanımayıb. Bu səbəbdən də 'feto' ilə əlaqəsi olan hər hansı şəxs olsa belə Azərbaycanda məsuliyyətə cəlb edilə bilməz,” o deyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə Gülən tərəfdarları (Türkiyə hakimiyyəti Gülən tərəfdarlarını "FETÖ" adlandırır) ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirdiyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG