Accessibility links

Baydeni ölümlə hədələmiş şəxs FBI agentləri tərəfindən order təqdim olunarkən güllələnib


ABŞ Prezidenti Co Bayden Utah ştatına yola düşür
ABŞ Prezidenti Co Bayden Utah ştatına yola düşür

Prezident Co Baydeni ölümlə hədələmiş Utah ştat sakini onun evinə orderlə gəlmiş Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları tərəfindən güllələnərək öldürülüb. İnsident ABŞ prezidenti ştata gəlməzdən bir neçə saat öncə baş verib.

Xüsusi agentlər ştatın mərkəzi şəhəri Salt Lake City-dən cənubdakı Provo qəsəbə sakini Craig Deleeuw Robertsonun evinə axtarış orderi ilə gəliblər. Səhər saat 6:15-də baş verən qarşıdurma atışma ilə nəticələnib, deyə FBI öz açıqlamasında bildirib.

Məhkəmə sənədlərinə əsasən, Robertson bazar ertəsi sosial mediada Baydenin Utah ştatına planlaşdırılan səfəri haqda eşitdiyini və bununla əlaqədar “m24 snayperinin tozunu siləcəyini” bəyan edib.

Digər bir yorumda Robertson özünü Tramp tərəfdarı kimi təqdim edərək sabiq ABŞ prezidentinin “Amerikanın Əzəmətini Qaytaraq” adlı hərəkata məxsus olduğunu bildirib.

Yorumlarda Robertson odlu silahlara malik olduğuna eyham vurub. Robertsona qarşı üç cinayət maddəsi, o cümlədən prezidenti hədələmək üzrə ittihamlar irəli sürülüb.

Robertson həmçinin digər dövlət rəsmilərinə, Manhattan Dairə Vəkili Alvin Bragg, ABŞ Baş Prokuroru Merrik Qarlanda qarşı hədələrlə də çıxış edib.

“Prezident öldürməyin vaxtı yetişib. Əvvəlcə Co, sonra da Kamala!!!” Robertson 2022-ci ilin sentyarbında Facebook-da yazıb.

İnsident hazırda FBI tərəfindən araşdırılır.

Bayden ABŞ-ın qərb ştatlarına səfəri əsnasında Nyu Meksiko və Utah ştatlarında olmağı planlaşdırır.

Forum

XS
SM
MD
LG