Accessibility links

Ərdəbil prokuroru Balıqlı çayın qurumasının səbəblərinin araşdırılacağını bildirib


Balıqlı çay, Ərdəbil
Balıqlı çay, Ərdəbil

Ərdəbil şəhərindəki Balıqlı çayın quruması ilə bağlı narazılığın artması ilə birlikdə Ərdəbil prokuroru mövzuya müdaxilə edəcəyini açıqlayıb.

Yarı-rəsmi Mehr agentliyinin xəbərinə görə, Ərdəbilin ümumi və inqilab prokuroru Cəlal Afaqi çayın qurumasının səbəbkarları barəsində məhkəmə işi açılması yönündə prosesi başlatdığını açıqlayıb.

Afaqi Balıqlı çayın quruması və balıqların ölməsi ilə bağlı Ərdəbil əhalisinin narazılığı və tənqidlərinə diqqət çəkərək deyib ki, "baş verənləri ictimaiyyətə açıqlamaq istimaqətində çayın qurumasının səbəbkarlarını araşdırmaq prosesi başladılıb."

Prokurorun bildirdiyinə görə, "çayın su haqqının kifayət qədər verilməməsi çayın xüsusilə şəhər içindəki hissəsində qismən və ya tam qurumasına səbəb olub. Tullantılar və zibillərin çoxalması da ətraf mühit problemlərinə yol açıb."

Ümumi və inqilab prokuroru mövzu ilə əlaqədar vəzifələrin yerinə yetirilməməsi və ya vəzifədə qüsur aşkar edildiyi təqdirdə təqsirkarlara qarşı ciddi ölçülər götürüləcəyini ifadə edib.

"Prokurorluq məsələni ciddi şəkildə araşdırmaqdadır. Bu mövzuda vəzifələrin yerinə yetirilməməsu və ya vəzifədə qüsur aşkar edildiyi təqdirdə təqsirkar və ya təqsirkarlar haqqında ciddi ölçülər götürüləcək. Əlaqədar qurumların məsulları, icra hakimiyyətinin başçısı və bələdiyyə başqanından isə Balıqlı çayın vəziyyəti ilə bağlı lazımi islahat və fəaliyyətlərin yürüdülməsi tələb olunub," Mehr agentliyinin xəbərində qeyd edilib.

Forum

XS
SM
MD
LG