Accessibility links

Rusiya Belqorod üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu bildirir


Rusiya dövlət xəbər agentliyinin məlumatına görə, Rusiya bazar günü Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. Ölən və dağıntılar barədə məlumat verilməyib.

Həmçinin bazar günü Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın iyunda açıq şəkildə Rusiya rəhbərliyinə qarşı üsyana çağırış edən Yevgeni Priqojinə məxsus “Vaqner Qrupu”nu artıq maliyyələşdirməməsi “real bir ehtimal” var.

Nazirlik bildirib ki, “Vaqner Qrupu” maliyyə üçün Belarusa müraciət edə bilər, lakin Vaqnerin “böyük gücü Belarusun təvazökar resursları üçün əhəmiyyətli və potensial olaraq arzuolunmaz bir boşluq olacaq”.

Şənbə günü Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Krım körpüsünə raket zərbəsi endirdiyini bəyan edərək, bunu "terror hücumu" adlandırıb və qisas alacağını vəd edib.

Ukrayna qüvvələri şənbə günü Krım yarımadasındakı Krım körpüsünü və bir sıra digər naməlum hədəfləri S-200 raketləri və dronları ilə hədəfə alıb, lakin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, itki və dağıntı olmayıb. Rusiyanın ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən 19 kilometr uzunluğundakı körpü 2022-ci il fevralın 24-də Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə başlamasından sonra Ukrayna qüvvələrinin dəfələrlə hücumuna məruz qalıb.

Bu arada Böyük Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Ukraynada döyüşən rus qoşunları döyüşlərə ara vermək üzrədir. Gündəlik kəşfiyyat yeniləməsində nazirlik bildirib ki, iyulun əvvəlində 58-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri, ehtimal ki, qismən onun qüvvələrinin elementlərinin “rahatlaşdırılmasının lazım olduğunu” dediyi üçün işdən çıxarılıb.

Nazirlik bildirib ki, Rusiya hava-desant qüvvələrinin bölmələrini Xerson vilayətindən Zaporijye vilayətindəki mübahisəli Orixov sektoruna yerləşdirir. Məlumatda bildirilir ki, 58-ci Əlahiddə Ümumqoşun Ordusu iyun ayından döyüşə başlayıb.

Forum

XS
SM
MD
LG