Accessibility links

Dövlət mediası: Suriyanın paytaxtı Dəməşqdə partlayış səsləri eşidilib


Bazar günü səhər saatlarında Suriyanın paytaxtı Dəməşq yaxınlığında partlayış səsləri eşidilib. Dövlət mediası səbəbin məlum olmadığını bildirib.

Müharibə monitorinqi aparan Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, partlayışlar İrana bağlı qruplara məxsus raketlərin saxlandığı anbarları vuraraq zədələyib. Təsdiqlənmiş ölüm və yaralananların olmadığını, partlayışların səbəbinin bilinmədiyini əlavə edilib.

İran Suriyada 12 ildir davam edən münaqişə zamanı Suriya prezidenti Bəşar Əsədin əsas dəstəkçisi olub.

Livanın Hizbullah qruplaşması və Tehran tərəfdarı İraq qrupları da daxil olmaqla, İranın etibarlı milisləri Suriyanın şərqində, cənubunda və şimalında və paytaxtın ətraf ərazilərində hökmranlıq edir.

İsrail illərdir ki, İranla əlaqəli kimi təsvir etdiyi hədəflərə qarşı hücumlar həyata keçirir, lakin zərbələrin xüsusiyyətlərini nadir hallarda şərh edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG