Accessibility links

Maui meşə yanğını 93 nəfərin həyatına son qoyub


Rəsmilərin bildirdiyinə görə, keçən həftə Havayın Maui adasındakı mənzərəli şəhəri bürüyən şiddətli meşə yanğını azı 93 nəfərin həyatına son qoyub və bu, ABŞ-da keçən əsrin ən ölümcül meşə yanğını olub.

Açıqlanan yeni rəqəmlər 2018-ci ildə Kaliforniyanın şimalında 85 nəfərin ölümünə səbəb olan və Paradise qəsəbəsindəki düşərgəni məhv edən yanğının qurbanlarından çoxdur. Bir əsr əvvəl, 1918-ci ildə quraqlıq səbəbindən Minnesota ştatının şimalındakı Kloqda baş verən yanğın bir sıra kənddə minlərlə evi məhv edib və yüzlərlə insanın ölümünə səbəb olmuşdu.

Mauidə azı iki başqa yanğın davam edir. Mauinin cənubundakı Kihei bölgəsində və Apcantri kimi tanınan dağlıq icmalarda hələ ki, heç bir ölüm hadisəsi qeydə alınmayıb. Dördüncü yanğın cümə günü axşam Lahainanın şimalında, Mauidəki sahil icması Kaanapalidə baş veib. Lakin rəsmilər yanğının söndürüldüyünü bildirib.

Ölənlərin sayı ilə bağlı yeni məlumat şənbə günü, yanğından sonra federal fövqəladə hallar işçilərinin balta və cəsəd axtaran itlərləilkin axtarış və insan qalıqlarını aşkar etdikdən sonra verilib.

Yanğınlar dörd gün əvvəl Mauinin qərb sahilindəki çoxəsrlik Lahaina qəsəbəsini yüzlərlə evi yandıraraq, cəhənnəmə çevirib. Ştat qubernatoru daha çox cəsədin tapılacağı barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG