Accessibility links

Azad edilmiş iranlı reportyor: "Köləliyi qəbul etməyin"


Nəzarətdə ikən ölümü aylarla etirazlara səbəb olan qadının atasından müsahibə aldıqdan sonra iki il həbs cəzasına məhkum edilən iranlı jurnalist həbsdən azad edilib.

Tehranın Evin həbsxanasından azad edildikdən sonra Nazilə Mərufian İslam respublikasının qadınlar üçün sərt geyim kodunu pozaraq, sosial şəbəkədə hicabsız şəklini yerləşdirib. O, əvvəllər Twitter və Instagram kimi tanınan X-də "Köləliyi qəbul etmə, sən ən yaxşısına layiqsən" yazıb. Şəkildə onun bir əlində çiçəkləri tutduğu, digər əli ilə qələbə işarəsi qaldırdığı əks olunub.

Əmjad Əmini ilə müsahibə Mostaghel Online xəbər saytında müsahibə dərc edilib. O, keçən sentyabr ayında geyim qaydalarını pozduğu iddiası ilə həbsdə ölməsi aylarla etirazlara səbəb olmuş Məhsa Əmininin atasıdır. Müsahibədə Əmjad Əmini səlahiyyətliləri qızının ölüm şəraiti haqqında yalan danışmaqda ittiham edib.

İran rəsmiləri onun səhhətindəki problemə görə öldüyünü bildirsə də, ailəsi və fəallar onun həbsdə olarkən başından zərbə aldığını bildiriblər.

Tehranda yaşayan, lakin Kürdüstan əyalətinin Əmininin doğulduğu Saqez şəhərindən olan jurnalist Marufian ilk dəfə noyabr ayında həbs edilib. O, daha sonra sərbəst buraxılsa da, yanvar ayında sistemin əleyhinə təbliğat aparmaq və yalan xəbər yaymaq ittihamı ilə iki il həbs cəzasına məhkum edildiyini deyib.

Hüquq qruplarının bildirdiyinə görə, Mərufian iyulun əvvəlində yenidən Evin həbsxanasına qaytarılıb. Bu ayın əvvəlində tərəfdarları onun həbsxanadan xəstəxanaya aparıldığını söylədikdə onun səhhəti ilə bağlı ciddi narahatlıq yaranmışdı. Lakin sosial şəbəkədəki paylaşımında Mərufian infarkt keçirdiyini inkar edib və "nəfəs darlığı və ürək döyüntüsü"ndən əziyyət çəkdiyini və indi "yaxşı" olduğunu bildirib.

İran Əmini işi ilə bağlı ölkə daxilində xəbərlərin yayılmasına sərt reaksiya verib. Sentyabrda həbs olunduqdan sonra bu hekayəni dünyanın diqqətinə çatdırmağa kömək edən iki qadın jurnalist indi Evində bir ilə yaxındır ki, saxlanılır.

Nilüfərr Hamedi Əmininin ölməzdən əvvəl üç gün komada qaldığı xəstəxanadan İranın “Şərq” qəzetinə reportaj verib və “Ham Mihan” qəzetinin müxbiri Elahe Məhəmmədi Əmininin dəfn mərasimindən reportaj hazırlamaq üçün Saqezə gedib. Onların hər ikisi indi milli təhlükəsizliyi pozmaqda ittiham olunaraq mühakimə olunurlar. Onlar bunu qəti şəkildə rədd edirlər.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Əmini etirazlarının yatırılması zamanı 95 müxbir həbs edilib, baxmayaraq ki, onların əksəriyyəti indi zaminə buraxılıb.

Keçən həftə İranda Milli Jurnalistlər Gününü münasibəti ilə sosial şəbəkədəki paylaşımında Tehranı həbs edilmiş jurnalistləri azad etməyə çağırdıqdan sonra İran rəsmiləri Britaniya səfiri Saymon Şerklifi çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG