Accessibility links

AXCP üzvünün məhkəməsi davam edib


AXCP üzvünün məhkəmə prosesi davam edib
please wait

No media source currently available

0:00 0:01:04 0:00

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunanlardan biri - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 6 il həbs cəzası verilib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb. Mayın 16-da Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə Pünhan Kərimlinin saxlanıldıqdan somra bədənində xəsarətlərin olub-olmaması ilə bağlı İstintaq Təcridxanasına sorğu göndərilməsinə qərar verilib.

Pünhan Kərimlinin vəkili Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib ki, hər hansı xəsarətin qeydə alınmadığı artıq məlumdur. Onun sözlərinə görə, bu sorğu tələbi yalnız məhkəmənin müddətini uzatmaq məqsədi daşıyır.

AXCP üzvünün məhkəmə prosesi davam edib
please wait

No media source currently available

0:00 0:01:04 0:00

Pünhan Kərimlinin sözlərinə görə, o, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə və Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılır.

Məhkəmə iclasında jurnalistlər, hüquq müdafiəçiləri və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edib. Məhkəmə baxışı avqustun 29-na təyin edilib.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş 2014-cü ildə imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. 2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub. Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG