Kyiv ABŞ-ın müttəfiqləri Danimarka və Niderlandın F-16 qırıclarını Ukraynaya göndərməyə icazə verməsi qərarını alqışlayır.
Ukrayna müdafiə naziri Oleksiy Reznikov bunu “Birləşmiş Ştatlkardakı dostlarımızdan əla xəbər” adlandırıb.
Döyüş təyyarələrinin nə zaman Ukrayana çatdırılacağı məlum deyil. Bununla bərabər, ukraynalı pilotlar qırıcıları idarə etmək üçün geniş təlim proqramından keçməlidirlər.
ABŞ rəsmisinə əsasən, döyüş təyyarələrinin müharibənin trayektoriyasını tezliklə dəyişməsinə, ehtimal ki, təsiri olmayacaq.
Hava qoşunları generalı Ceyms Heker müxbirlərə bildirib ki, hal-hazırda nə Ukraynanın, nə də Rusiyanın hava üstünlüyü əldə etməsi ehtimalı yoxdur:
“Yeri-hava tipli raketlərin sayının yüksək olduğu bir müddətdə hər hansı bir tərəfin hava üstünlüyü əldə edəcəyini düşünmürəm.”
Forum