Accessibility links

Qərbi Azərbaycan vilayətində bir neçə edam məhkumu öldürülən şəxslərin ailələri tərəfindən əfv edilib


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

İranın Qərbi Azərbaycan vilayətində bir neçə edam məhkumu qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar.

Dövlət agentliyi IRNA-ya istinadən, Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsinin rəisi bazar günü Sərdəş şəhərində bir məhkumun əfv edildiyini açıqlayıb.

"Bu şəxs iki il əvvəl başqa bir şəxsi qətlə yetirdiyi üçün edama məhkum olunmuşdu. Ancaq sülh heyətləri və ixtilafların həlli üzrə vasitəçi şuranın səyləri nəticəsində 'qan sahibləri' (qətlə yetirilən şəxsin ailəsi) əfv etməyə razı olublar və bu vasitə ilə məhkum qisas cəzasından qurtulub", Ədliyyə rəsisi Nasir Ətəbati deyib.

Rəsmi IRIB News agentliyinin bir neçə gün öncə yaydığı xəbərdə isə Mahabad şəhərində başqa bir edam məhkumunun əfv edildiyi bildirilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, qətl ittihamı ilə mühakimə olunmuş bir məhkum da Qərbi Azərbaycan vilayətinin digər şəhəri olan Qoşaçayda 'qan sahibləri' tərəfindən bağışlanıb.

İranda qətl ittihamı ilə edama (qisas) məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilir. Müəyyən edilmiş son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG