Accessibility links

İran Azərbaycanının şəhərlərində telekommunikasiya şirkətlərinin təqaüdçüləri etiraz aksiyası keçirib


Təbrizdə telekommunikasiya idarəsinin təqaüdçüləri aksiya keçirir.
Təbrizdə telekommunikasiya idarəsinin təqaüdçüləri aksiya keçirir.

Avqustun 21-də İranın digər şəhərləri ilə yanaşı Təbriz, Ərdəbil, Urmiyə və Zəncan şəhərlərində də telekommunikasiya şirkətlərinin təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Sosial mediada yayımlanan xəbərlərə görə, bazar ertəsi günü İran Azərbaycanının şəhərlərində telekommunikasiya idarəsinin bir qrup təqaüdçüsü ölkənin digər şəhərlərilə birlikdə vilayətlərin mərkəzində Telekommunikasiya İdarəsi binaları qarşısında etiraz aksiyası keçirib və rəsmilərin onların qanuni tələblərini yerinə yetirməməsinə etiraz olaraq şüarlar səsləndiriblər.

İran Azərbaycanının 4 böyük şəhərilə yanaşı Sənəndəc, Əhvaz, Kirmanşah, İlam, Ərak, Məşhəd, Rəşt, Bəndər Abbas, və Tehranda da eyni zamanda mitinqlər keçirilib.

Bu etiraz mitinqlərində əsas olaraq, təqaüdçülərin rifah halının yaxşılaşdırılması tələbi ilə şüarlar səsəndirilib.

Urmiyədə telekommunikasiya idarəsinin təqaüdçüləri aksiya keçirir.
Urmiyədə telekommunikasiya idarəsinin təqaüdçüləri aksiya keçirir.

Telekommunikasiya sisteminin pensiyaçıları təsdiq edilmiş layihələrin həyata keçirilməməsindən narahatdır. Qanuna uyğun olaraq həyata keçirilməli olan bu layihələr və inzibati reqlamentlər təqaüdçülərin rifahının yaşxşılaşdırılmasında müsbət rol oynaya bilər. Telekommunikasiya pensiyaçılarının ölkənin müxtəlif şəhərlərində mütəmadi və həftəlik etiraz mitinqlərinin keçirilməsinə və səlahiyyətlilərin verdiyi vədlərə baxmayaraq, cəmiyyətin bu təbəqəsinin rifah halının yaşxşılaşdırılması üçün heç bir müvafiq tədbir görülmür.

İranda telekommunikasiya şirkətinin təqaüdçüləri davamlı olaraq, tibbi sığortalarının müalicə xərclərinin çox az hissəsini qarşılamasına, maaşların bərabərləşdirilməsinin həyata keçirilməməsinə, maaşlarının inflyasiya müqabilində artırılmamasına etiraz edərək, inzibati reqlamentlərin icra edilməsini tələb edirlər.

Forum

XS
SM
MD
LG