Accessibility links

Floridada silahlı hücum nəticəsində 3 qaradərili öldürülüb


Şənbə günü Florida ştatının Ceksonvill şəhərinin Dollar General mağazasında ağ silahlı şəxs yerli şerifin "irqi motivli" adlandırdığı hücumda əsasən qaradərililərin yaşadığı bir məhəllədə üç nəfəri güllələyib. Daha sonra atəş açan şəxs özünü öldürüb.

"O, qaradərililərə nifrət edirdi. Hücumçunun hər hansı daha böyük bir qrupun üzvü olduğuna dair heç bir sübut yoxdur" - deyə, şerif T.K. Uoters mətbuat konfransı zamanı bildirib.

Uoters 20 yaşlarında olan hücumçunun Glock tapançası və AR-15 yarı-avtomatik tüfəngindən istifadə etdiyini və odlu silahlardan ən azı birinin svastika ilə boyandığını deyib.

“Silahlı hücum gecə saat 2 radələrində baş verib. Hücumçu ora qonşu Clay County-dən gedib. Hücumdan bir qədər əvvəl o,ı atasına kompüterini yoxlamasını bildirən SMS göndərmişdi. Ata yazıları tapıb və ailə 911-ə xəbər versə də, atışma artıq başlayıb”, Uoters bildirib.

Silahlı hücum ölkənin paytaxtı Vaşinqtonda keçirilən anım yürüşünün başa çatmasından bir neçə saat sonra baş verib. Təşkilatçılar diqqəti rəngli insanlara qarşı nifrət motivli zorakılıq təhlükəsinin artmasına yönəldib.

Əsasən qaradərililərin yaşadığı məhəllədə ticarət mərkəzinə edilən hücum şübhəsiz ki, 2022-ci ildə Nyu-Yorkun Baffalo şəhərindəki supermarketdə və 2015-ci ildə Cənubi Karolina ştatının Çarlston şəhərindəki tarixi Afrika Metodist Episkop kilsəsində baş vermiş hücum kimi qaradərili amerikalıları hədəf alan keçmiş hücumların qorxusunu doğuracaq.

Baffalo supermarketindəki hücum ABŞ tarixində ağdərili silahlının qaradərililərə qarşı ən ölümcül hədəfli hücumlarından biri olub. Şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzasına məhkum edilmiş silahlı şəxs on nəfəri öldürüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG