Accessibility links

İran: Uranın zənginləşdirilməsi daxili qanunlara əsasən davam edir


“İranın uranın zənginləşdirilməsi ölkə parlamenti tərəfindən müəyyən edilmiş çərçivəyə əsasında davam edir”, nüvə rəhbəri Məhəmməd Eslami bazar günü Tehranın 60% zənginləşdirməni ləngitməsi ilə bağlı xəbərlər barədə sualı cavablandırarkən deyib.

Bu ayın əvvəlində “The Wall Street Journal” İranın silah gücünə yaxın zənginləşdirilmiş uranın yığılması sürətini əhəmiyyətli dərəcədə yavaşlatdığını və ehtiyatlarının bir hissəsini seyrəltdiyini, ABŞ ilə gərginliyi azaltmağa və İranla bağlı daha geniş danışıqları canlandırmağa kömək edə biləcək addımlar atdığını bildirib.

2020-ci ildə İranın sərtxətt parlamenti hökumətdən uranın zənginləşdirilməsini əgər digər tərəflər razılaşmaya tam əməl etməsə, Tehranın 2015-ci il nüvə sazişi ilə müəyyən edilmiş həddən artıq sürətləndirmək kimi tədbirlər görməsini tələb edən qanun qəbul etdmişdi.

Vaşinqton 2018-ci ildə razılaşmadan imtina və sanksiyaları bərpa etdikdən sonra Tehran paktda nəzərdə tutulan nüvə məhdudiyyətlərini pozmağa başlayıb. Nüvə razılaşmasına əsasən uranı yalnız 3,67%-ə qədər zənginləşdirə bilən İran 2021-ci ildə uranı 60% saflığa qədər zənginləşdirməyə başlayıb və bu, parçalanan materialı bomba hazırlamaq üçün uyğun səviyyəyə yaxınlaşdırıb.

Tehran dəfələrlə nüvə silahı əldə etmək iddialrını rədd edib.

Forum

XS
SM
MD
LG