Accessibility links

İraqın Kərkük şəhərində 3 etirazçı öldürülüb


İraqın şimalındakı neft şəhəri Kərkükdə etnik qruplar arasında günlərdir davam edən gərginlikdən sonra başlayan qarşıdurma zamanı təhlükəsizlik qüvvələri və polis bildirib ki, 3 etirazçı güllələnib, 14 nəfər yaralanıb.

Mübahisə Kərkükdə vaxtilə Kürdüstan Demokratik Partiyasının (KDP) qərargahı olan, lakin İraq ordusunun 2017-ci ildən bəri baza kimi istifadə etdiyi bina ilə bağlıdır. Mərkəzi hökumət binanı xeyirxahlıq nümayiş etdirərək KDP-yə qaytarmağı planlaşdırır, lakin ərəb və türkmən əleyhdarları etiraz əlaməti olaraq keçən həftə binanın qarşısında düşərgə qurub.

Polis bildirib ki, zorakılıq şənbə günü bir qrup kürd etirazçının düşərgəyə yaxınlaşması ilə başlayıb. Polis və xəstəxana mənbələri daha əvvəl bir kürd etirazçının öldürüldüyünü bildirmişdi. Daha iki kürd etirazçının güllə yaralarından xəstəxanada ölməsindən sonra ölənlərin sayı artıb.

Şəhərin təhlükəsizlik rəsmiləri və polisi atəşi kimin açması da daxil olmaqla, ölənlərin vəziyyətini araşdırdıqlarını deyirlər. Kərkük polisinin bildirdiyinə görə, hər iki etiraz qrupundan olan insanlar daşların atılması və metal çubuqların hücumu nəticəsində yaralanıb.

Baş nazir Məhəmməd əl-Sudani zorakılığın artmasının qarşısını almaq üçün şəhərdə komendant saatı elan edib və “siyasi partiyaları, ictimai təşkilatları və icma liderlərini fitnələrin qarşısının alınmasında, təhlükəsizliyin, sabitliyin və asayişin qorunmasında rol oynamağa” çağırıb.

İraqın şimalındakı kürd muxtariyyəti ilə İraqın şiələrin üstünlük təşkil etdiyi mərkəzi hökumətin nəzarətində olan ərazilər arasındakı qırılma xətləri boyunca yerləşən neftlə zəngin Kərkük ölkədə İslam Dövlətindən sonrakı ən ağır zorakılıqların mərkəzində olub. Kürd qüvvələri 2014-cü ildə İslam Dövlətini qovduqdan sonra şəhərə nəzarət edirdi, lakin 2017-ci ildə İraq ordusu tərəfindən oradan çıxarılıb.

Sudani keçən il hakimiyyətə gələndən bəri hökuməti ilə KDP arasında münasibətləri yaxşılaşdırmağa çalışıb. Lakin kürd hakimiyyəti altında əziyyət çəkdiklərini deyən ərəb sakinlər və azlıq qrupları KDP-nin geri qayıtmasına etiraz edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG