Accessibility links

Azərbaycanda 5,2 gücündə zəlzələ olub, dağıntı olmadığı bildirilir


Kürdəmirdə zəlzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)
Kürdəmirdə zəlzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)

Azərbaycanın Kürdəmir rayonunda (Bakıdan 178 kilometr qərb) 5,2 maqnitudalı zəlzələ olub. Rəsmi qurumlar zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmadığını bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Kürdəmir stansiyasından 14 kilometr cənubda dərinliyi 52 kilometr olan zəlzələ qeydə alınıb.

"Zəlzələ episentrdə 5 bala qədər, Ağdam Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub", məlumatda qeyd edilir.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı barədə məlumat daxil olmayıb.

Yerli sakinlərdən biri Amerikanıın Səsinə deyib ki, zəlzələ nəticəsində güclü silkələnmə olsa da, müddəti 10-12 saniyə çəkib.

“Dağıntı yoxdur, xəsarət alan olmadı. Ancaq bəzi köhnə tikililərdə çatlar var”, yerli sakin qeyd edib.

Forum

XS
SM
MD
LG