Accessibility links

Qubad İbadoğlunun həbsi barədə ABŞ Konqresində dinləmə gözlənilir


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu rəsmi olaraq ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası tərəfindən müdafiə olunmağa başlanılıb.

Sentyabrın 6-da İbadoğlunun qardaşı Qalib Toğrul ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın Azərbaycandakı səfirlərinə müraciət edərək onun müalicəsi üçün şərait yaradılmasına kömək etmələrini xahiş edib.

Qalib Toğrul Amerikanın Səsinə bildirib ki, ABŞ Konqresinin İnsan Hüquqları komissiyası LSE-nin (London Biznes Məktəbi) professoru Qubad İbadoğlunun həbsi ilə bağlı dinləmələr təşkil edəcək.

"Bu prosesdə Qubad İbadoğlunun vəkilliyini Respublikaçılar Partiyasından Kris Smit (Chris Smith) edəcək. O, jurnalist Xədicə İsmayılın həbsi zamanı aktiv fəaliyyəti ilə Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır", o qeyd edib.

Qalib Toğrul sentyabrın 6-da vəkilin təcridxanada Qubad İbadoğlu ilə görüşəcəyini bildirib.

Bundan əlavə Amerikanın daha üç konqressmeni Tom Kean, Gerry Connolly və Bill Keating Azərbaycan Demokratiya və Rifah Partiyasının sədrinin müdafiəsinə qalxıb.

Bu barədə konqressmen Bill Keating "X" ( keçmiş Twitter) səhifəsində yazıb.

O qeyd edib ki, hər üç konqresmen Qubad İbadoğlunun işini yaxından izləyir.

Konqresmen Azərbaycan hökumətini iqtisadçı alimin hüquqlarına hörmət etməyə, dərmanla və ədalətli məhkəmə araşdırmasını təmin etməyə çağırır.

"Vəkillərinin dediyinə görə, sürətlə arıqlayan və lazımi dərmanların alınmasına icazə verilməyən İbadoğlunun sağlamlıq durumu bizi çox narahat edir. Biz Azərbaycanı bütün vətəndaşlarının konstitusiyada təsbit olunmuş hüquqlarına, o cümlədən İbadoğlunun hüquqlarına hörmət etməyə çağırırıq”, o qeyd edib.

Sentyabrın 6-da Qalib Toğrul qardaşı Qubad İbadoğlunun səhhətinin ağırlığı ilə bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Hüqo Qevaraya, Böyük Britaniyanın səfiri Fergus Auldunə, Fransanın səfiri Ann Buayona, Almaniyanın səfiri Ralf Horlemanna müraciət edib.

"Qubad İbadoğlunun ailəsi olaraq dərin ümidsizlik və çarəsizlik içindəyik. Azərbaycan xalqı müasir tarixinin ən fədakar və vicdanlı övladlarından birini itirmək təhlükəsi ilə üz-üzədir. Sonuncu ümid yeri kimi sizə üz tuturam, göz görə-görə qardaşımın öldürülməsinə imkan verməyin, onun Bakının özəl klinikalarından birində müayinə və müalicəsinin aparılmasına yardım edin, ümid çırağımızı sönməyə qoymayın", müraciətdə qeyd edilir.

Qalib Toğrul bildirir ki, təcridxanaya düşməmişdən öncə aortanın anevrizması, yüksək qan təzyiqi, II tip şəkərli diabet və onurğa ağrıları kimi ciddi xəstəliklərdən əziyyət çəkən, gün ərzində 8 ədəd dərman qəbul edən qardaşı Qubad İbadoğlu təcridxanada olduğu 45 gündə saxlanma şəraitinin dözülməzliyi, havasızlıq, müxtəlif psixoloji təzyiq metodlarının tətbiqi, gecələr kameranın işıqlarının söndürülməməsi səbəbindən yeni xəstəliklər qazanıb.

"Qardaşımın qalxanabənzər vəzində düyünlər əmələ gəlib, ona əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası diaqnozu qoyulub, o, ciddi əsəb pozgunluğu keçirdiyindən günboyu xroniki yorğunluqdan və səbəbsiz başağrılarından şikayətçidir, üstəlik USM müayinəsi zamanı böyrəklərində, öddə və mədəaltı vəzdə ciddi neqativ dəyişikliklər aşkarlanıb. Bu günədək Qubad İbadoğlu təcridxanada 3 dəfə (25 iyul, 3 avqust, 1 sentyabr) EXQ, EXO, rentgen, USM müayinələrindən keçirilib, biri qalxanabənzər vəzlə bağlı olmaqla, 5 dəfə analiz üçün venadan qan götürülüb. Ancaq şifahi, yazılı müraciətlərimizə və səlahiyyətli şəxslərlə görüşlərimizə baxmayaraq, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət müayinə və müalicə nəticələrini bizə təqdim etmir, gizlədir. Çox təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin tibbi və xidməti personalı bizim müraciət əsasında 3 dəfə Qubad İbadoğlunun saxlanıldığı təcridxanada olsa da, rəhbərlik Qızıl Xaçın nümayəndələrinin qardaşımla görüşünə, müayinə və analiz sənədləri ilə tam şəkildə tanış olmasına imkan verməyib. Müayinə və analiz nəticələrini məhkəmə yolu ilə almaq cəhdlərimiz də uğursuzluqla nəticələnib", müraciətdə qeyd edilir.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG