Accessibility links

İranda ümummilli etirazlar fonunda həbs edilən Əli Rzayi məzuniyyətə buraxılıb


Əli Rzayi Havastan
Əli Rzayi Havastan

5 sentyabrda İran Azərbaycanından olan Əli Rzayi məhkəmə tərəfindən 5 gün müddətinə məzuniyyətə buraxılıb.

Keçən il İranda baş verən ümummilli etirazlar fonunda həbs edilən Əli Rzayi, Tehranın Evin Həbsxanasından atasının vəfatı səbəbilə 5 gün müddətinə məzuniyyətə göndərilib.

İnsan haqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyinin bildirdiyinə görə, çərşənbə axşamı, Əli Rzayi, atasının vəfatı səbəbi ilə məzuniyyətə göndərilib.

O, məzuniyyətə mülki zəmanət qarşılığında buraxılıb. Lakin qoyulan girov məbləği haqqında məlumat yayımlanmayıb.

Ədliyyə və təhlükəsizlik qurumlarının siyasi məhbusun məzuniyyətə buraxılmasına qarşı çıxması nəticəsində Rzayi 4 sentyabr tarixində Şərqi Azərbaycan vilayətinin Havastan kəndində atasının dəfn mərasimində iştirak edə bilməyib.

Əli Rzayi 21 iyun tarixində Tehranın Ümumi və İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Ötən ilin dekabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Rzayi o vaxtdan bəri təqribən 9 aydır Evin Həbsxanasında saxlanılırdı.

39 yaşlı Əli Rzayi informasiya texnologiyaları fakültəsinin məzunudur və Türkiyə türkcəsi müəllimidir. O, İranda xalqın hakimiyyətə qarşı son kütləvi etiraz aksiyaları zamanı həbs olunub və ümumi əfv sərəncamına daxil edilməyərək həbsdə saxlanılan çox sayda məhbuslardan biridir.

Forum

XS
SM
MD
LG