Accessibility links

Bayden Böyük 20-lərin sammitinə qatılır, Ukraynada müharibə və qlobal maliyyə islahatı zirvə görüşünün gündəmində


Bayden Böyük 20-lər qrupunun sammitinə qatılır, Ukraynada müharibə və qlobal maliyyə islahatı zirvə görüşünün gündəmində
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Bayden Böyük 20-lər qrupunun sammitinə qatılır, Ukraynada müharibə və qlobal maliyyə islahatı zirvə görüşünün gündəmində

ABŞ prezidenti Co Bayden dünyanın aparıcı zəngin və inkişaf etməkdə olan ölkələrinin liderləri ilə Ukraynada müharibə, qlobal maliyyə islahatı və iqlim dəyişikliyi kimi məsələləri müzakirə etmək üçün bu həftə Hindistanda Böyük 20-lər (G-20) qrupunun sammitində iştirak edəcək. Bayden administrasiyası sammitdən öncə çərşənbə axşamı prioritetlərini açıqlayıb.

Ağ Ev bildirib ki, prezident Co Bayden Hindistanda keçiriləcək sammitə böyük məqsədlər və Böyük 20-lər qrupunda dünyanın 20 zəngin və inkişaf etməkdə olan ölkələrinin birgə işləyə biləcəyinə böyük ümidlərlə gedir.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan: “Ümid edirik ki, Böyük 20-lər sammiti dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin çətin vaxtlarda belə birlikdə işləyə biləcəyini göstərəcək. Beləliklə, Dehliyə gedərkən bizim diqqətimiz inkişaf etməkdə olan ölkələrə kömək etmək, iqlimdən tutmuş texnologiyaya qədər amerikalıların əsas prioritetləri üzrə irəliləyiş əldə etmək və G-20 qrupuna əvvəl dediyim kimi nəticə əldə edə biləcək bir forum olaraq sadiqliyimizi nümayiş etdirmək olacaq.”

Hindistanın paytaxtı Dehlidə keçiriləcək sammitdə Ukraynada müharibə, iqlim dəyişikliyi, inkişaf etməkdə olan ölkələri maliyyələşdirən beynəlxalq qurumlarda islahatların aparılması səyləri kimi iyirmi nümayəndə heyətinin çox zaman razılaşa bilmədiyi məsələlərin üstünlük təşkil edəcəyi gözlənilir. Həmçinin quruma 55 üzvlük Afrika Birliyinin qəbul edilməsi qərarının da verilməsi mümkündür.

Təhlilçilər iki liderin - Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpinin iştirak etməməsinin prosesin gedişinə təsir göstərəcəyini deyirlər.

“Hesab edirəm ki, Putinin keçən il Balidə olduğu kimi bu dəfə də sammitə qatılmamaq qərarı yaxşı xəbərdir. Belə görünür ki, Çin lderi Şi Tsinpin də olmayacaq. Bu, bütün digər ölkələrin fəaliyyət göstərməsini xeyli asanlaşdıracaq”, Toronto Universitetinin G-20 Tədqiqat Qrupunun tədqiqatçısı Con Kirton bildirib.

Bayden Şi Tsinpinin sammitdə iştirak etməməsi ilə bağlı suala belə cavab verib: “Mən məyus oldum, amma onunla görüşəcəm.”

Sullivan çərşənbə axşamı belə bir görüşün nə vaxt keçirilə biləcəyini açıqlamayıb.

Təhlilçilər Dehli və Pekinin Çinin Hindistan tərəfindən mübahisələndirilən yeni ərazi xəritəsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldıracağına ümid edirlər.

“Geosiyasi gərginlik, şözsüz ki, Hindistanda Böyük 20-lər sammitindən çox əvvəl mövcud idi. Onların artması və onların liderlərin bu sammitində diqqət mərkəzində olması ideal hal deyil. Mən ümid edirəm və gözləyirəm ki, bu sammit iqtisadi məsələlər çərçivəsində aparılacaq və onlar sərhəd mübahisəsini ayrı kateqoriyaya sala bilməyə nail olacaqlar”, Strateji və İqtisadi Araşdırmalar Mərkəzində təhlilçi Stefani Seqal bildirib.

O, ümid etdiyini bildirib ki, nümayəndə heyətləri fikir ayrılıqlarından kənara çıxa və diqqətlərini Dünya Bankı kimi beynəlxalq institutlarda islahatlara yönəldə bilərlər. Təhlilçilər bu addımın geniş təsirləri olacağını deyirlər.

“Bu islahatlar, həqiqətən də gerçəkləşərsə, iqlim, pandemiyaya hazırlıq, kövrək vəziyyət, ərzaq təhlükəsizliyi kimi qlobal ictimai faydalar adlandırdığımız şeylərə daha çox diqqət yetirməyə imkan verəcək. İslahatlar Dünya Bankı da daxil olmaqla, bu qurumlara həm inkişaf etməkdə olan bazarlara, həm də aşağı gəlirli ölkələrə əlavə maliyyə, eləcə də daha güzəştli şərtlərlə maliyyələşdirmə imkanı verəcək”, Strateji və İqtisadi Araşdırmalar Mərkəzində təhlilçi Stefani Seqal deyib.

Böyük 20-lərin sammiti şənbə günü Dehlidə işinə başlayır.

Forum

XS
SM
MD
LG