Accessibility links

Blinken ABŞ-ın Ukraynaya davamlı dəstəyini nümayiş etdirmək məqsədilə Kyivə səfər edib


Blinken ABŞ-ın Ukraynaya davamlı dəstəyini nümayiş etdirmək məqsədilə Kyivə səfər edib
please wait

No media source currently available

0:00 0:02:35 0:00

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Kyivə öncədən elan edilməyən iki günlük səfər edib. Bu, Rusiyanın 2022-ci ilin fevralında hərbi müdaxiləsindən bəri onun Ukraynaya dördücü səfəridir. Blinkenin Kyivə Polşadan qatarla gəlişindən bir neçə saat əvvəl Rusiya paytaxta havadan zərbələr endirib.

Dövlət katibi Blinken deyib ki, Birləşmiş Ştatlar Ukraynaya təkcə Rusiyanın tammiqyaslı hərbi müdaxiləsinin üstəsindən gəlməyə deyil, həm də inkişaf etməyə kömək etmək istəyir. Blinken ABŞ-ın Ukraynaya əlavə 1 milyard dollarlıq yardımını elan edib.

O və onun ukraynalı həmkarı Dmitro Kuleba paytaxtda opera yaxınlığından bu yaxınlarda yenidən açılan MakDonaldsa baş çəkiblər. Kuleba Blinkenə restoranın yenidən açılmasına yardım etdiyinə görə təşəkkür edib və bunun uzun və çətin müharibə ilə üzləşən ukraynalılarda inam doğurduğunu bildirib.

Blinken orada kartof fri yeyib və bunları deyib:

“Bizim MakDonalds-dakı dostlarımız Ukraynaya qayıtmağa, Kyivə qayıtmağa çox can atırdılar və biz bir-birimizə deyirdik ki, onlar geri qayıtdıqlarına görə, mən növbəti dəfə Kyivdə olanda bizim buraya dəymək fürsətimiz olmalıdır."

Ancaq normallıq hissini yaymaq cəhdlərinə baxmayaraq, Blinkenin səfəri Ukrayna mənbələrinin dediyinə görə, Rusiyanın Ukraynanı şərqinə hava hücumu edərək, 16-dan çox insanın ölümünə, iyirmidən çox insanın isə yaralanmasına səbəb olduğu günə təsadüf edib.

Bundan əlavə ABŞ-ın baş diplomatı qatarla Polşadan şəhərə gəlmədən üç saat öncə Rusiya Kyivə havadan zərbələr endirib. Blinken deyib ki, ABŞ Ukraynanı qarşıdan gələn qış və sonrasında da dəstəkləməyə davam edəcək. Onun ölkəsində bu dəstəyi qoruyub saxlaya biləcəyindən narahat olub-olmadığına dair suala cavab olaraq Blinken nikbinliyini ifadə edib.

“Mən demək olar ki, düz bir il öncə burada olduğumdan bəri Ukrayna qüvvələri Rusiya qüvvələrinin 2022-ci ilin fevralından bu yanan kimi ələ keçirdikləri ərazinin 50 faizindən çoxunu geri alıblar. Davam edən əks-hücum əməliyyatları çərçivəsində son bir neçə həftədə irəliliyəş sürətlənib,” o deyib.

Ancaq Konqresdə Respublikaçı Senator Bill Hagerti müxbirlərə deyib ki, o, ABŞ-ın müttəfiqləri tərəfindən də Ukraynaya daha çox dəstək görmək istəyir.

“Mən NATO üzvlərindən açıqlama gözləyirəm ki, onlar da bizimlə birlikdə dəstəklərini artımaq niyyətində olduqlarını desinlər. Mən yenicə Avropaya səfərdən geri dönmüşəmvvə biz NATO müttəfiqlərimizi dəsətklərini artırmağa təşviq etdik. Və mən bunun baş verdiyi görmək istəyirəm,” o bildirib.

Birləşmiş Ştatlar Urkaynaya hərbi yardımın ən böyük donorudur. Ancaq Kiel İnstitutunun məlumatına görə, bir sıra başqa ölkələr, o cümlədən Danimarka, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Norveç, Finlandiya, Birləşmiş Krallıq və Çex Respublikası da iqtisadiyyatlarının ölçüsünə nisbətən Ukraynaya böyük maddi dəstək verirlər.

Forum

XS
SM
MD
LG