Accessibility links

"Demokratiya 1918" Hərəkatı fəaliyyətini dayandırdığını bildirib


Democracy-1918 Movement-emblem
Democracy-1918 Movement-emblem

"Demokratiya 1918" Hərəkatının 10 sentyabr 2023-cü ildə keçirilən növbədənkənar qurultayında səs çoxluğu ilə hərəkatın fəaliyyətinə xitam verilməsi qərara alınıb. Bu barədə təşkilat öz açıqlamasında bildirib.

"Ölkədəki anti-demokratik sistem və onun yaratdığı siyasətsizlik mühiti hər hansı bir formada siyasi fəaliyyəti mümkünsüz edir. Bunun qarşısında isə resurs məhdudluğu müsbət dəyişikliklər edilməsi üçün adekvat cavab imkanını məhdudlaşdırır. Bütün bu səbəblərdən ötrü artıq siyasi səhnədə hər hansı bir qurumun siyasi iddia irəli sürməsi və təşkilatlanması öz əhəmiyyətini itirir. İnanırıq ki, obyektiv və subyektiv səbəblər yetişdikdən sonra siyasi dəyişikliklərin rəhni olacaq təşkilatlar yenidən ortaya çıxacaqdır", deyə açıqlamada bildirilir.

"Demokratiya 1918" Hərəkatının sədri Əhmədli Məmmədli açıqlamasında deyib ki, bundan sonra hər hansı siyasi təşkilat daxilində yer almayacaq, yalnız ictimai fəal olaraq fəaliyyət göstərəcək.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli
“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli

"Siyasətin olmadığı və siyasi mühitin məhv edildiyi bir ölkədə yeniliklər etməyə çalışdıq. Nə qədər uğurlu alındı, bunu zaman göstərəcək. Amma bundan sonra hakimiyyəti qurmaq istədiyi siyasi konfiqurasiya ilə baş-başa buraxırıq. Fərdlər içində olduğu sistemi dəyişmək istəmirsə, kollektiv təşkilatlanma da öz əhəmiyyətini itirir", o bildirib.

"Demokratiya-1918" (D18) Hərəkatı bir qrup fəal tərəfindən 2014-cü ildə, Azərbaycanda demokratik ideyaların təşviqi və insan hüquqlarının təmin edilməsi məqsədilə yaradılıb.

Forum

XS
SM
MD
LG