Accessibility links

Məhsa Mehdili: İran Azərbaycanında küçəyə çıxmanın qərarını onun bədəlini ödəyən fəallar verməlidir


Məhsa Mehdili
Məhsa Mehdili

Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanı, eləcə də xaricdə milli hərəkata mənsub qüvvələrin fəaliyyət şəraiti və fəaliyyət metodlarını dəyərləndirib.

O, müsahibədə ölkə xaricində fəaliyyət sahələrinin geniş olduğunu önə çəkərək milli fəalların bu sahələrdə o qədər də uğurlu olmadığını ifadə edib.

Keçən həftələrdə xaricdə fəaliyyət göstərən bəzi siyasi təşkilatların İran Azərbaycanında Urmiyə gölü üçün etiraz çağırışı vermələri milli hərəkata mənsub qüvvələr arasında ciddi mübahisələrə yol açıb.

Məhsa Mehdili: İran Azərbaycanında küçəyə çıxmanın qərarını onun bədəlini ödəyən fəallar verməlidir
please wait

No media source currently available

0:00 0:11:04 0:00
Direct link

Mehdili deyir edir ki, İran Azərbaycanında küçəyə çıxıb mitinq keçirmək üçün qərarı onun bədəlini gözə alan insanlar verməlidir.

"Ölkə daxilindəki basqılardan dolayı görülməsi mümkün olmayan işlər üçün xaricdə müsaid bir mühit var. İrandakı vəziyyətlə müqayisə etdiyimizdə, məsələn internetə çıxış, internet üzərindən bəzi fəaliyyətlər, bəzi yayım fəaliyyətləri və qəzetçilik fəaliyyəti üçün ölkə xaricində əlimiz daha açıqdır. Çünki, İran hakimiyyətinin əli çatmır ki, kontrol etsin. Yəni, içəridə olan bəzi problemlər və ödənəcək bəzi bədəllər xaricdə yoxdur. Məsələn Türkiyədə siz istəsəniz Güney Azərbaycan haqqında bir kitab çıxarasınız, kimsə sizə mane deyil, oturun fəaliyyətinizi edin və kitabınızı çıxarın. Ya da dünyanın hər harasında. Xaricdə fəaliyyət sahəsi çox genişdir və böyük faydaları da ola bilər," siyasi fəal söyləyir.

O, İran Azərbaycanında milli fəalların ağır basqılar və bədəlləri gözə alaraq fəaliyyət yürütdüklərini vurğulayır:

"Güneydə universitetlərdə, evlərdə və içəridəki fəallar lazim gördüyü zaman mitinqlərdə, küçələrdə, stadionlarda, eləcə də öz aralarındakı törənlərində əllərindən gəldiyi qədər fəaliyyət edirlər. Bədəlini gözə alaraq fəaliyyət edirlər."

Siyasi şərhçinin sözlərinə görə, "mübarizə meydanı və bədəl ödənən yer tam mənasında içəridir. İçəridə fəaliyyət çox çətindir. Onun üçün fəallarımız həm daha cəsarətli, həm də daha hesablı-kitablı addımlar atırlar. Çünki, hər an qapıları döyülə bilər. İşləri hər an əllərindən alına bilər. Ailələri və özləri hər an təhdid edilə bilər. Hər an məhkəmələrə çağırıla bilərlər. Təhlükə ilə burun-buruna bir vəziyyətdədirlər."

"Mən burada oturub, içəridə nə edilsin, nə edilməsin, küçəyə çıxılsın ya çıxılmasın mövzusunda qərar verə bilmərəm, prinsip olaraq da doğru görmürəm. Çünki, o küçəyə çıxmanın bədəlini mən ödəmirəm. Onun bədələni kim ödəyəcəksə, bədəl ödəməyi kim gözə alacaqsa, qərarı da o verər. Mən yükünü daşıya biləcəyim, yükün altına girdiyim işin qərarını verməyi özümə haqq görürəm... Xaricdəki milli fəal içəridəki gedişatla əlaqəli, Urmiyə dəryasının qurudulması ilə əlaqəli, dil məsələsi ilə əlaqəli, Güney Azərbaycanda yaşanan haqsızlıqlar ilə əlaqəli fikrini deyə bilər, planı ola bilər, kitab yaza bilər, qəzetçilik edə bilər. İnsan haqları fəaliyyəti edər. Amma, bu, o mənada deyil ki, içəridəkinin nə etməsinə, nə etməsi gərəkdiyinə qərar versin. Xaricdə o qədər boş sahə var ki, keşkə onlara təmərküzləşək. Biz əslində eşikdə zəif əmək etmişik," Məhsa Mehdili əlavə edib.

Forum

XS
SM
MD
LG