Accessibility links

Jurnalist Nurlan Qəhrəmanlı DTX-də zorlama ilə təhdid olunduğunu deyir


Nurlan Libre (Qəhrəmanlı)
Nurlan Libre (Qəhrəmanlı)

Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu barədə Amerikanın Səsinə jurnalistin özü məlumat verib.

Nurlan Qəhrəmanlı bildirib ki, o, DTX-də paylaşımlarına görə zorlama ilə təhdid olunub:

"Dedilər ki, müharibə əleyhinə paylaşımlarına davam eləmə. Konkret olaraq orada iki DTX əməkdaşı ilə danışdım, biri mülayim, digəri isə zorakı dillə danışırdı. İki saata yaxın orada oldum. Tələb bu idi ki, müharibə əleyhinə heç nə yazmayım. Dedilər ki, biz müharibə şəraitindəyik, sənin yazdıqların bizim ümumi işimizə ziyandır, paylaşımların Ermənistanın xüsusi xidmət orqanlarına xidmətdir".

Jurnalist bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinə çağırılması və orada aldığı təhdidə görə məhkəməyə müraciət edəcək.

Nurlan Librenin sözlərinə görə, o, bundan əvvəl də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunub və zorakılığa məruz qalıb.

"2020-ci ilin oktyabrında özünü şöbə rəisi adlandıran şəxs məni yarım saat dizim üstə saxladı, zorakılıq göstərdi. Məni erməni xüsusi xidmət orqanlarına, həmçinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə işləməkdə (iki tərəfli agentlikdə) ittiham etdi. Onun sözlərinə görə, mən cəbhədən Ermənistana videogörüntülər ötürmüşəm" -deyə, o bildirib.

Jurnalist idarədə zorla üzristəmə videosu çəkdirildiyini, həm də idarənin bu məsələni ictimailəşdirməməsini tələb etdiyini bildirib, daha sonra həmin gün axşam saat 20 radələrində sərbəst buraxılıb.

Bu hadisədən sonra Daxili İşlər Nazirliyindən Nurlan Qəhrəmanlnın MCQMİ-yə dəvət edilməsilə bağlı bildirilmişdi ki, Daxili İşlər Naziriyinin 102 xidmətinə zəng edən şəxs Nurlan adlı sosial şəbəkə istifadəçisinin dövlətin, ordunun əleyhinə paylaşımlar etdiyini, bu adamla bağlı araşdırma apaırlmasını istədiyini bildirib:

"Bununla bağlı oktyabrın 29-da Nurlan MCQMİ-yə dəvət edilib. Orada onun öz razılığı ilə videogörüntülü izahatı alınıb. Ondan sonra sərbəst buraxılıb. Bu, dövlətin təhlükəsilziyi ilə bağlı məsələdir deyə dəvət edilib, görüntülü izahatı alınıb. Özünə də izah edilib ki, nəyə görə, dəvət edilib. Hazırda araşdırmalar davam edir. Nurlanın MCQMİ-də fiziki təzyiqlərə məruz qalması ilə bağlı dedikləri isə əsassızdır".

Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən hələlik mövqe almaq mümkün olmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG