Accessibility links

Fuad Şahbazov: Azərbaycan Ukraynanın dirçəliş prosesinə yardım edə bilər


Fuad Şahbazov: Azərbaycan Ukraynanın dirçəliş prosesinə yardım edə bilər
please wait

No media source currently available

0:00 0:06:45 0:00

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın xarici siyasəti, o cümlədən Ukrayna üçün Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətlərindən danışıb.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici siyasəti üçün yeni çağırışlar yaradıb. Münaqişə Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətinə necə təsir edib? Azərbaycanın bu ixtilafla bağlı mövqeyini necə qiymətləndirərdiniz?

Fuad Şahbazov: Rusiya-Ukrayna müharibəsi tək Azərbaycanla deyil, belə deyək, Rusiyanın bütün postsovet ölkələri ilə münasibətlərində yeni bir dövr açdı. Çünki bundan öncə postsovet regionunda biz Rusiyanın mübahisə olunmaz bir dominantlığı, təsir gücü ilə qarşı-qarşıya idik. Artıq Ukraynada taktiki cəhətdən böyük itkilərə məruz qalan, beynəlxalq sanksiyalar altında əzilən və iqtisadi gücünün təsirini itirən, son olaraq, daxili siyasi çaxnaşmalarla üzləşən Rusiya təbii ki, bu müstəvidə Rusiyanın yaxın qonşu ölkələrlə münasibətində dəyişikliklər gözlənilən idi. Azərbaycanla isə münasibətlər hələ ki, bir az balanslaşdırılmış formada davam edir. Buna da Azərbaycan hökümətinin tez-tez bəhs etdiyi balanslaşdırılmış diplomatiya aspektindən baxmaq lazımdır. Çünki Azərbaycanın baxmayaraq ki, Ukrayna ilə münasibətləri davam edir, amma Azərbaycan hələ də Rusiya ilə ticarət tərəfdaşıdır. Ticarət isə daha çox qeyri-neft məhsullarının ixrac və idxalı ilə bağlıdır.

Amerikanın Səsi: Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Ukraynaya humanitar yardım göstərməkdən çəkinmir. Ukrayna üçün Azərbaycanın göstərdiyi yardım nə dərəcədə əhəmiyyətlidir?

Fuad Şahbazov: Ukraynaya yardımlar davam edir və hətta deyərdim, postsovet məkanında yaxın qonşular Gürcüstan, Ermənistan ümumiyyətlə bu məsələdə daha da kənarda durmağı üstün tutsalar da, Azərbaycan son olaraq həm də Ukrayna tərəfinə minatəmizləyən maşınlar göndərmək qərarı verdi. Və Ukraynanın bəzi bölgələrinə Azərbaycanın dövlət büdcəsinin hesabına müəyyən quruculuq işləri aparılır. Orta məktəblər, hətta dağıdılmış xəstəxanalar bərpa edilir. Eyni zamanda Moldovada prezident İlham Əliyevlə prezident Zelenskinin mətbuata açıq görüşü keçirilib. Buna baxmayaraq, digər regional liderlər Zelenski ilə görüşmədiklərinə görə tənqidlərə tuş gəlsələr də, İlham Əliyev bununla bağlı bir problem yaşamadı. Bunun da səbəbini onunla izah etmək olar ki, bayaq dediyim kimi tarazlaşdırılmış siyasət, bütün ölkələrlə sıx olmasa da, mehriban qonşuluq siyasəti Azərbaycanın əsas devizlərindən biridir. Təbii ki, burda indiki dövrdə İran müəyyən mənada istisnadır. Biz İranla da artıq nisbətən də ols,a diplomat münasibətlərin bərpa edilməsi ilə bağlı müəyyən təşəbbüsləri izləyirik. Təbii ki, Azərbaycanın Ukraynaya verdiyi yardım çox böyük miqdarda deyil. Yəni bu, Qərb ölkələri ilə müqayisə oluna bilməz. Amma simvolik siyasi, diplomatik müstəvidən düşünsək bu, Azərbaycan üçün çox böyük addıdır.

Amerikanın Səsi: Müharibədən sonra Azərbaycan üçün Ukrayna iqtisadiyyatının bərpasında iştirak cəlbedici ola bilərmi? Bu ölkədə Azərbaycan hansı sahələrə faydalı investisiya qoya bilər?

Fuad Şahbazov: Bilirsiniz ki, müharibə başlamamışdan öncə Azərbaycan Prezidentinin Ukraynaya rəsmi səfəri olmuşdu. Təxminən Ukrayna ilə 20-dən çox əməkdaşlıq haqqında sənəd imzalanmışdır. Burada daha çox enerji, kənd təssərrüfatı, mədəniyyət, təhsil sahələrini əhatə edən sənədlər paketi imzalanmışdı. Ukrayna artıq çoxdandır Azərbaycanın energetika siyahısında yer tutan ölkələrdən biridir. Bilirsiniz ki, SOCAR-ın Ukraynada nümayəndəliyi var. Ukraynanın bir sıra şəhərlərində yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Daha sonra Azərbaycanla Ukrayna arasında təhsil sahəsinə gəldikdə, bilirik ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur. Ukraynada nəzərdə tutulan əməkdaşlıqdan biri də kənd təsərrüfatı sahəsidir. Bilirsiniz ki, müharibədən əvvəl Ukrayna kənd təsərrüfatı sahəsində Şərqi Avropa ölkələri arasında kifayət qədər potensialı olan ölkə idi. Azərbaycan məhz Ukraynada əlverişli torpaqlarda məhsulların əkilməsi, daha sonra o məhsulun Azərbaycana yenidən ixrac edilməsi ilə bağlı sənəd imzalayıb. Sadəcə artıq müharibə şəraitində bu əməkdaşlıqdan danışa bilmərik. Amma təbii ki, postmüharibə dövründə, müharibə bitdikdən sonra dirçəliş prosesi başladıqda Azərbaycan müəyyən infrasturktur layihələrinə yardım edə bilər. Məsələn, İrpen şəhərində orta məktəbləri bərpa edir. Düşünürəm ki, Azərbaycanın energetika sahəsində təcrübəsi nəzərə alınaraq yerli struktur layihələrində iştirakda aktiv rol oynaya bilər.

Forum

XS
SM
MD
LG