Accessibility links

Bakının işğaldan azad olunmasının 105-ci ildönümü qeyd edilir


Azərbaycan hərbçiləri Türk şəhidliyini ziyarət edir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Azərbaycan hərbçiləri Türk şəhidliyini ziyarət edir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Sentyabrın 15-də Azərbaycanda paytaxt Bakının azad edilməsinin 105-ci ildönümü qeyd edilir. Bu gün ölkə ictimaiyyəti, ictimai-siyasi təşkilatlar Azərbaycanda həlak olmuş Türkiyə hərbçilərinin məzarlıqlarını ziyarət edir, gül çələngləri ilə onların xatirıəsini yad edir.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Bakını “Sentrokaspi diktaturası" hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edib. Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçüb.

Tarixi məlumatlara görə, Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş mindən çox Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əlinə keçdikdən sonra Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Bu gün, sentyabrın 15-də Azərbaycan Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib. Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, şəhidlərin xatirəsi yad edilib.

Azərbaycan hərbçiləri Türk şəhidliyini ziyarət edir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Azərbaycan hərbçiləri Türk şəhidliyini ziyarət edir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi X (keçmiş Twitter) hesabında bildirib ki, 15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin Bakının azad olunmasının 105-ci ildönümü münasibətilə təbrikində deyilir ki, bu gün Azərbaycan dövlət tarixində şərəfli gündür.

"Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda canlarından keçən bütün şəhidlərimizi hörmətlə yad edirik", Türkiyə Xarici İşlər Nazirliyi X hesabında qeyd edib.

Türkiyə Milli Müdafiə Nazirliyi də Bakının işağldan azad olunmasının 105 illiyi ilə Azərbaycan xalıqını təbrik edib.

"Bakının düşmən işağlından azad olunmasının 105-ci ilini təbrik edirik. Azərbaycan türkü qardaşlarımızı yalnız qoymayan Nuru Paşanı və onun komandanlığı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və sevgi ilə yad edirik. 105 il öncə olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla tək ürək, tək yumruq olmağa davam edəcəyik", Milli Müdafiə Nazirliyi X hesabında qeyd edib.

Türk şəhidliyi abidəsi
Türk şəhidliyi abidəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təbrikində deyilir ki, normal halda bu gün - Bakının işğaldan azad edildiyi gün ölkəmizin ən mühüm bayramlarından biri olmalıdır.

“Bakının rus - erməni işğalından azad edilib, yenicə yaranmış Azərbaycan dövlətinin paytaxtına çevrilməsi fikrimcə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra tariximizin ikinci ən mühüm və şərəfli səhifəsidir. Nuru paşa başda olmaqla Bakının azad edilməsi uğrunda döyüşmüş qardaş Türkiyənin Qafqaz İslam Ordusunu minnətdarlıqla anırıq. Bayramınız mübarək, əziz həmvətənlər!” Kərimli facebook səhifəsində qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG