Accessibility links

Stoltenberq: Biz Ukraynada uzun müharibəyə hazır olmalıyıq


“Biz Ukraynada uzun müharibəyə hazır olmalıyıq.” Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Funke Mediengruppe qəzetinə müsahibəsində deyib.

Sentyabrın 17-də nəşr edilən müsahibədə Stoltenberq bütün müharibələrin başlandığı zaman gözlənildiyindən daha uzun çəkdiyini vurğulayıb.

“Biz hamımız tez bir zamanda sülhün olacağını arzulayırıq, amma bununla bərabər biz qəbul etməliyik ki, prezident Zelenski və ukraynalılar döyüşməyi dayandırsalar, onların ölkəsinin mövcudluğuna son qoyulacaq” – deyə, NATO-nun baş katibi bildirib.

Eyni zamanda sentyabrın 17-si səhər saatlarında Rusiya dron və raket zərbələri ilə Ukraynanın Odesa vilayətini hədəf alıb. Ukrayna Hava Qoşunları Telegram kanalı vasitəsilə məlumat veriblər ki, hücum zamanı kənd təsərrüfatı obyektinə zərər dəyib. Zərərin miqyası haqda məlumat verilməyib.

Eyni gündə Ukrayna Krım və Moskva ərazisində dronlarla hücum həyata keçirib. Krım rəsmisi bildirib ki, hücum zamanı dronlardan birinin yanacaq çənini vurub və nəticədə yanğının baş verməsinə səbəb olub. Moskva ərazisində keçirilən dron hücumu isə Rusiya paxtaxtı üzərində hava uçuşlarına təsir edib.

Britaniya Müdafiə Nazirliyi sentyabrın 17-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı yaydığı gündəlik kəşfiyyat yeniliklərində bildirib ki, Rusiya Ukrayna cənubunda işğal edilmiş Tokmak şəhərinin müdafiəsini gücləndirdiyini güman edilir.

Cəbhə xəttindən 16 kilometr aralıqda yerləşən Tokmak şəhəri Rusiyanın ikinci əsas müdafiə xəttinin vacib nöqtəsi hesab edilir. Şəhərin müdafiəsinə diqqət Ukrayna ordusunun Rusiyanın qurduğu əsas müdafiə xəttinin yaracağı ilə bağlı narahatlıqları ifadə edə bilər.

Forum

XS
SM
MD
LG