Accessibility links

Qazax rayon məhkəməsi AXCP fəalını cərimələyib, oğlunu isə həbsə məhkum edib


Fəzail Əliyev (Fotonu Fəzail Əliyevin özü təqdim edib)
Fəzail Əliyev (Fotonu Fəzail Əliyevin özü təqdim edib)

Sentyabrın 18-də Qazax rayon (Bakıdan 500 kilometr qərb) Məhkəməsi hakim Pənah Musayevin sdərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qazax rayon Şöbəsinin fəalı Fəzail Əliyevi İnzibati Xətalar Məclləsinin 510 (xırda xuliqanlıq), 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri təqsirli bilərək 200 manat cərimə edib. Məhkəmə həmçinin Fəzail Əliyevin oğlu Fərid Əliyevi İnzibati Xətalar Məcəllöəsinin 206-cı maddəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması) günahlı bilərək bir ay müddətinə inzibati həbsə məhkum edib.

Bu barədə Fəzail Əliyevin özü Amerikanın Səsinə bildirib.

“Mən nə xuliqanlıq etmişəm, nə də polisin qanuni tələbinə tabe omamaışam. Nəvələrimlə qohumlarım gilə getmişdim. Bir polis əməkdaşı zəng edib harada olduğumu soruşdu. Mən dedim ki, nəvələrimlə qohumum gildəyəm. Təkidlə görüşmək lazım olduğunu bildirdi. Görüşdük. O dedi ki, onlarla getməliyəm. Səbəbini soruşduqda mənə zor tətbiq edib avtomobilə oturdub polis şöbəsinə apardılar. Orada isə ABA və "Mağara" internet televiziyalarına tənqidi müsahibə verdiyimi dedilər. Mən "Mağara" adlı televizyaya ümumiyyətlə müsahibə verməmişəm. ABA televiziyasına müsahibəmdə isə hazırda azad edilməmiş Yuxarı Əskipara kəndimizə qayıtmnaq istədiyimi bildirmişəm. Demişəm hamı kimi mən də kəndimizə qayıtmaq istəyirəm. Buna görə adamı saxlayarlar? Nəinki məni, AXCP üzvü olan oğlum Fəridi də saxlayıblar. Düşünürəm ki, bu yolla məni sındırmaq istəyirlər”, o qeyd edib.

Fəzail Əliyev hesab edir ki, onun müsahibədə dediklərinə görə saxlanılması sadəcə bəhanədir.

“Mən müharibə iştirakçısı və qaziyəm. Yerli icra hakimiyyətinin fəaliyyətini tənqid etdiyimə görə təzyiqlərlə üzləşməkdəyəm. İcra hakimiyyəti başçısını tənqid etdikdən sonra oğlum Fəridi hərbi qulluqçuluqdan tərxis etdilər. İndi də saxlayıblar. Oğlumun heç bir günahı yoxdur. Bilirəm insanları narkotiklə suçlayırlar. Qabaqcadan bildirirəm ki, oğluma qarşı narkotik ittihamı irəli sürsələr tam əsassızdır”, o oğlunun həbsindən öncə Amerikanın Səsinə deyib.

Xatırladaq ki, sentyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qazax rayon Şöbəsinin fəalları Tahir Vəliyev, Fəzail Əliyev, o cümlədən Fəzail Əliyevin oğlu Fərid Əliyev Qazax rayon Polis Şöbəsində saxlanılıb.

Bir neçə saat polis şöbəsində saxlanıldıqdan sonra Tahir Vəliyev sərbəst buraxılıb.

Sentyabrın 18-də Fəzail Əliyev məhkəmə tərəfindən cərimələnib. Onun oğlu Fərid Əliyev isə inzibati qaydada həbs edilib.

AXCP fəallarının saxlanılamsını və həbsini “tam əsassız və qanunsuz” hesab edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin qərb bölgəsi üzrə baş inspektoru Eşqin Qasımov Amerikanın Səsinin AXCP fəallarının saxlanılmasının səbəbləri ilə bağlı sorğusuna hələ cavab verməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin rəsmiləri bir qayda olaraq polisin zor tətbiq etməsi və əsassız ittiham irəli sürməsi ilə bağlı deyilənləri qəbul etmir. Bu kimi bəyanatları insanların özünümüdafiə məqsədi ilə irəli sürdüyü bildirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG