Accessibility links

Qəzvində bir qadın "normaları pozmaq" ittihamı ilə iki yaxını ilə birlikdə həbs edilib


Qəzvin vilayəti
Qəzvin vilayəti

İran İslam Respublikası öz əxlaq və şəriət qaydalarını tətbiq etmək məqsədilə vətəndaşlara qarşı basqılar artırmaqda davam edir.

Şənbə günü axşam saatlarında Qəzvinin Millət Parkında həmin qaydalara riayət etmədiyi iddia edilən bir qadın iki yaxını ilə birlikdə həbs edilib.

İslam İnqilabı Qvardiyasına (Sepah) yaxın olan Tasnim agentliyinin məlumatına görə, "Qəzvinin Millət Parkında 'yaxşı əmələ təşviq' etmə vəzifəsinə əməl edən şəxsi döyən bir qadın və iki yaxını nəzarət altına alınıblar."

Qəzvin məhkəməsinin rəsmisi bazar günü agentliyə müsahibədə deyib ki, "keçən gecə bir şəxs 'yaxşı əmələ təşviq' vəzifəsi istiqamətində normaları pozan bir xanım və onun iki yaxınına sözlü xəbərdarlıq edib. Ancaq, onlar, xəbərdarlıq edən şəxsə hücum edib və söyüş söyüblər. Qadın və yaxınları 11 nömrəli polis qərargahının məmurları tərəfindən həbs edilərək məhkəmə qurumuna təslim ediliblər."

Son aylar İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökumət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir.

Hökumət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Forum

XS
SM
MD
LG