Accessibility links

İctimai fəal Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası verilib


Əmrah Təhməzov quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiya zamanı.
Əmrah Təhməzov quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiya zamanı.

Sentyabrın 20-də ictimai fəal Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə ictimai fəal Qiyas İbrahimov məlumat verib.

Təhməzov sentyabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı barədə paylaşım edib. O bildirib ki, çağırılma səbəbi sosial şəbəkələrdə müharibə əleyhinə yazdıqlarıdır.

Bu gün isə Əmrah Təhməzov evinə Baş Prokurorluğun əməkdaşlarının gəldiyi haqqında məlumat yayıb.

Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham olunur.

İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.

Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.

Forum

XS
SM
MD
LG