Accessibility links

Ərdəbildə bir nəfər kiber-polis tərəfindən həbs edilib


İranın kiber-polis Ərdəbil vilayətində bir vətəndaşı Instagram sosial şəbəkəsindəki yorumlar səbəbilə həbs etdiyini bildirib.

Yarı-rəsmi ISNA agentliyinə istinadən, polis məmurları vətəndaşı ictimai rəydə təşviş yaratmaq və zehinləri qarışdırmaq ittihamı ilə nəzarət altına alıblar.

Ərdəbil vilayəti kiber polisinin rəisi polkovnik Əli Qəhrəman Talenin sözlərinə görə, "kiber polisi ekspertlərinin kiber məkanda yürütdükləri müşahidələr və monitorinq zamanı Instagram sosial şəbəkəsində ictimai rəydə təşviş yaradıb və zehinləri qarışdıran məzmunlu paylaşımlar dərc edən şəxs müəyyən edilib və polisin gündəminə alındı."

Polkovnik Qəhrəman Tale əlavə edib ki, "mövzunun həssasiyyətinə nəzərən bir operativ-texniki qrup formalaşdıraraq məhkəmə qurumu ilə koordinasiyalı bir şəkildə sözühedən şəxsin gizləndiyi yer müəyyən edilib və orada ələ keçirilib. Müttəhimin bu təqsirləri işlədiyi kompüter təchizatı da tədqiqat üçün polis mərkəzinə aparılıb."

İSNA-nın xəbərində saxlanılan şəxsin Ərdəbil həbsxanasına köçürüldüyü bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG