Accessibility links

Human Rights Watch Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib


Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı son hərbi əməliyyatlardan sonra Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib.

HRW sentyabrın 23-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini Qarabağın erməni əhalisinin təhlükəsizliyini və humanitar ehtiyaclarını təmin etmək üçün təcili addımlar atmağa çağırıb.

“Azərbaycan müvəqqəti olaraq Ermənistana getmək istəyənlərin, o cümlədən təcili tibbi yardıma ehtiyacı olan şəxslərin geri qayıtmaq hüququna hörmət etməklə, bölgəni tərk etməsinə şərait yaratmalıdır. Dağlıq Qarabağa ərzaq, dərman və digər humanitar ehtiyacların daşınmasına bir çox istiqamətlərdən, o cümlədən Ermənistan vasitəsilə icazə verilməlidir”, bəyanatda qeyd edilir.

HRW həmçinin Azərbaycanın insan hüquqları, xüsusən də Qarabağın etnik erməni əhalisi ilə bağlı öhdəliklərinə əməl etməsini təmin etmək üçün beynəlxalq monitorinqə ehtiyac olduğunu qeyd edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson qeyd edib ki, Qarabağda mülki əhali dəhşətli humanitar böhran və gələcəkləri ilə bağlı qeyri-müəyyənliklə üz-üzədir.

“Azərbaycan hakimiyyəti hər kəsin hüquqlarının qorunacağını bildirib, lakin aylarla davam edən ağır çətinliklərdən və onilliklər boyu davam edən münaqişədən sonra deyilənləri asanlıqla qəbul etmək çətindir”, Uilyamson əlavə edib.

Qarabağda son hərbi əməliyyatlardan sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, BMT-nin baş katibinin müşaviri bölgədə humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib.

Azərbaycanın prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə Qarabağın erməni əhalisinin təhsil, mədəniyyət, din, bələdiyyə, seçki hüquqları da daxil olmaqla bütün hüquqlarının qorunacağını qeyd edib.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

Sentyabrın 23-də Qarabağda başlıca olaraq bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədi ilə sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

Azərbaycan hökuməti həmçinin sentyabrın 22-də Qarabağda yaşayan erməni sakinlərə 40 ton ərzaq və gigiyenik vasitələrdən ibarət humanitar yardım göndərib.

Ermənistan mətbuatının məlumatına görə, sentyabrın 23-ü Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistandan Laçın-Xankəndi yolu Qarabağa çatdırılması üzrə 70 tonluq humanitar yardım yola salıb.

Reuters-in məlumatına əsaəsən Qarabağda etnik ermənilərin nümayəndələri şənbə günü Azərbaycanla atəşkəs şərtlərinin yerinə yetirilirdiyini, humanitar yardımın çatdırılması və yaralıların təxliyəsi üzrə işlərin aparıldığını bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG