Accessibility links

Kosovoda matəm elan edilib


Kosovoda bazar ertəsi paytaxt Priştinanın şimalında pravoslav monastırında barrikada quran serb silahlıları tərəfindən öldürülən kosovalı alban polisinin ölümündən sonra bir gün matəm elan edilib.

Bazar günü Banjskadakı monastıra basqın etmək və Kosovo polisi ilə qarşıdurma yaratmaq üçün zirehli maşından istifadə edkən və döyüş formasında olan 30-a yaxın silahlını kimin dəstəklədiyi məlum deyil.

Silahlı şəxslərin əksəriyyəti bazar günü axşam monastırdan qaça bilib, lakin onlardan ən azı üçü öldürülüb, ikisi isə həbs edilib.

Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti qarşıdurmaya görə bir-birini günahlandırıblar.

ABŞ-ın Priştinadakı səfiri Kosovo polisinə qarşı “təşkil edilmiş, zorakı hücumlar” adlandırdığı hadisəni pisləyib. Ceffri Hovenier verdiyi açıqlamada "təqsirkarlar cavab verməli və ədalət qarşısına çıxarılmalıdırlar" deyib.

Ayrı-ayrılıqda BMT-nin Kosovodakı missiyası UNMIK-in rəhbəri Karolin Ziadə günahkarları “məsuliyyətə cəlb etməyə” çağırıb. Ziadə fikirlərini əvvəllər Twitter kimi tanınan X platformasında bildirib.

Serbiya və onun keçmiş vilayəti olan Kosovo onilliklərdir ki, toqquşmalar baş verir. Qarşıdurmalar 1998-1999-cu illər müharibəsində 10 000-dən çox insanın, əsasən də Kosovo albanlarının ölümünə səbəb olub.

Bu arada Rusiyada Kremlin sözçüsü Kosovodakı gərgin və potensial təhlükəli vəziyyəti izlədiyini bildirib. Kosovo 2008-ci ildə müstəqilliyini elan edib, lakin Belqrad bu addımı tanımaqdan imtina edib. Rusiya Serbiyanın Kosovonu tanımamasının tərəfdarıdır.

Forum

XS
SM
MD
LG