Accessibility links

Azərbaycan yanğınsöndürənləri Xankəndində yanğını söndürüb


Azərbaycan yanğınsöndürənləri Xankəndində yanğını söndürüb (Mənbə: Fövqəladə Hallar Nazirliyi)
Azərbaycan yanğınsöndürənləri Xankəndində yanğını söndürüb (Mənbə: Fövqəladə Hallar Nazirliyi)

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürüldüyü haqda məlumat verib. Nazirlik bildirir ki, yanğın "Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

Bu barədə FHN məlumatında deyilir.

"Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib", məlumatda qeyd edilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib.

Sentyabrın 25-də Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış baş verib. Nəticədə çox sayda insanın həlak olduğu və xəsarət aldığı bildirilir.

Reuters agentliyinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ölənlərin sayı 125 nəfərə çatıb. Parlayışda ölənlərin cəsədlərinin Ermənistana apadıldığı bildirilir.

Sentyabrın 26-da Ağ Evin Qarabağda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla bağlı açıqlamasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yüzlərlə insanın yaralanması ilə bağlı xəbərin kədər hissi ilə qarşıladığını bildirilib və Dağlıq Qarabağ sakinlərinə və zərərçəkənlərin hamısına dərin hüznlə başsağlığı ifadə edilib. Milli Təhlükəsizlik Şurasının sözçüsünün açıqlamasında Birləşmiş Ştatların ehtiyacı olanlar üçün Qarabağa humanitar yardımın davam etdirilməsinə çağırdığı bildirilir.

Forum

XS
SM
MD
LG