Accessibility links

10 il həbs cəzası almış AXCP üzvü Aqil Hümbətov aclığı dayandırıb


Aqil Hümbətov
Aqil Hümbətov

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində sentyabrın 10-da başladığı aclıq aksiyasını dayandırıb.

O, siyasi sifarişli həbsinə son qoyulmasını, bəraətverici əsaslarla azadlığa buraxılmasını, ailəsinin sosial problemlərinin həlli və ailəsinin sosial müavinətinin bərpa edilməsini tələbilə bu aksiyaya başlamışdı.

AXCP Xəzər Rayon Şöbəsinin üzvü Aqil Hümbətovla görüşən vəkil Fəxrəddin Mehdiyev ona partiaya yoldaşlarının aclığı dayandırmaq xahişini çatdırıb. Xahişi nəzərə alan Aqil Hümmətov sentyabrın 26-da aclıq aksiyasını dayandırıb.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG