Accessibility links

Şimali Koreyaya qaçan Amerika əsgəri ABŞ-da həbsdədir


Pentaqon iyul ayında qeyri-qanuni yollarla Şimali Koreyaya keçən amerikalı əsgərin hazırda ABŞ-da həbsdə olduğunu bildirib.

ABŞ müdafiə rəsmiləri deyir ki, 2-ci dərəcəli sıravi Trevis Kinq İsveçin vasitəçiliyi ilə Şimali Koreyadan Çinə köçürülüb.

“ABŞ rəsmilər sıravi Trevis Kinqin Koreya Xalq Demokratik Respublikasından (KXDR) geri qaytarılmasını təmin ediblər. Biz Kinqi evə gətirmək üçün Orduda, Birləşmiş Ştatlar Qüvvələrində Koreya və Müdafiə Nazirliyinin şəxsi heyətinin gərgin əməyini yüksək qiymətləndiririk və köməyə görə İsveç və Çin Xalq Respublikasının (ÇXR) hökumətlərinə təşəkkür edirik” - deyə, Pentaqonun mətbuat katibi, general Pat Rayder bildirib.

Çərşənbə günü səhər Şimali Koreya Kinq haqqında yekun araşdırmasını başa vurduqdan sonra onu ölkədən çıxardığını bildirib.

O, iyul ayında Koreyanın güclü hərbiləşdirilmiş sərhədindən keçdikdən sonra Şimali Koreya əsgərləri tərəfindən ələ keçirilib.

Kinq hücum ittihamı ilə Cənubi Koreya həbsxanasında saxlandıqdan sonra Texas ştatının Fort Blissdəki bazasına qayıdanda ABŞ Ordusundan inzibati qaydada ayrılması ilə üzləşib.

İyulun 17-də o, ABŞ-a təyyarəyə minməli idi. Lakin o, hava limanında gizlənərək bir gün sonra Şimali və Cənubi Koreya arasındakı sərhəd kompleksinə gedib.

KCNA-nın verdiyi məlumata görə, mülki geyimli əsgər Hərbi Demarkasiya Xətti boyunca "KXDR-ABŞ hərbi təmasları üçün otaq və təhlükəsizlik zabitlərinin tualeti arasında qəsdən KXDR tərəfinin ərazisinə keçən zaman Şimali Koreyanın Birgə Təhlükəsizlik Bölgəsində növbətçi əsgərləri tərəfindən saxlanılıb".

Şimalın rəsmi xəbər agentliyi KCNA çərşənbə günü bildirib ki, Kinq ABŞ ordusunda qeyri-insani rəftar və irqi ayrı-seçkiliyə görə pis hisslər keçirib. Bildirilib ki, Kinq eyni səbəbdən Şimali Koreya və ya başqa yerdə sığınacaq almaq istəyib.

Forum

XS
SM
MD
LG