Accessibility links

ABŞ hökuməti qismən bağlana bilər


Senat və Nümayəndələr Palatasının növbəti 12 ay üçün büdcəsinin həcmi, Ukraynaya Rusiya ilə mübarizə üçün yardımın davam etdirilməsi, ABŞ-Meksika sərhədində immiqrasiya nəzarəti və yoxsul amerikalılara kömək etmək üçün rifah proqramları kimi sosial məsələlərlə bağlı fikir ayrılıqları qaldığı üçün ABŞ hökuməti bazar günü qismən bağlanma ilə üzləşir.

Demokratların nəzarətində olan Senat qanunvericilərə 2024-cü ilin sentyabr ayına qədər xərc səviyyələrini təyin etmək üçün hökuməti noyabrın ortalarına qədər tam açıq saxlayacaq yeddi həftəlik maliyyələşdirmə planının cümə axşamı prosedur səsverməsi planlaşdırır.

Lakin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Senatın planının Nümayəndələr Palatasının səsverməsinə çıxarılmasını artıq rədd edib. Bunun əvəzinə, Nümayəndələr Palatasında Senatda təsdiq edilməsi şansı az olan və hər halda, şənbə günü gecə yarısı bütün vacib hökumət əməliyyatlarının bağlanmasına mane olmayacaq dörd dövlət qurumu üçün bir il davam edən vəsait ayrılmasına qanun layihələri üçün düzəlişlərə səs verməyə davam edir.

Qısamüddətli maliyyə razılaşması əldə olunmasa, 4 milyondan çox ABŞ hərbi qulluqçusu və dövlət işçisi maaş almayacaq, baxmayaraq ki, hava hərəkətinə nəzarət məntəqələri və sərhədə giriş məntəqələri kimi əsas xidmətlər hələ də işçilərlə təmin olunacaq.

Təqaüdçülər hesabları ödəmək və ərzaq məhsulları almaq üçün aylıq dövlət ödənişlərini vaxtında ala bilməyəcəklər və milli parklar bağlana bilər.

Son on ildə ABŞ-da bu cür bağlanmalar dörd dəfə baş verib, lakin qanunvericilər hökumət əməliyyatlarını tam yenidən başlatmaq üçün kompromis əldə edənə qədər çox vaxt cəmi bir və ya iki gün davam edib. Lakin keçmiş prezident Donald Trampın administrasiyası zamanı baş verən bir bağlanma 35 gün davam etmişdi. Belə ki, o, ABŞ-Meksika sərhədi boyunca divar tikmək üçün maliyyə axtarırdı.

Ən mühafizəkar qanunvericilərdən bəziləri ABŞ-ın Ukraynaya yardımını kəskin şəkildə azaltmaq və ya dayandırmaq istəyir, hətta daha çox əsas Respublikaçı qanunvericilər hələ də ABŞ-ın milli təhlükəsizliyi və NATO ölkələrinin Avropadakı müdafiəsi üçün vacib olan Rusiyanın işğalına qarşı Ukrayna mübarizəsini qətiyyətlə dəstəkləyirlər.

Noyabrın ortalarına qədər Senatın qısamüddətli məsrəf planı Nümayəndələr Palatasında ancaq Respublikaçılar və Demokratların səslərinin qarışığı ilə qəbul oluna bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG