Accessibility links

Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən Rail Abbasovun apellyasiya şikayəti təmin edilməyib


Rail Abbasov
Rail Abbasov

Sentyabrın 28-də Bakı Apellyasiya məhkəməsində hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin hüquqularının müfafiəsində fəal iştirak edən Rail Abbasovun şikayətinə baxılıb.

Bakının Nəsimi rayon Məhkəməsi sentyabrın 20-də Rail Abbasov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan bugünkü məhkəmə iclasında Nəsimi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Rail Abbasovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim müdafiə tərəfinin arqumentlərini nəzərə almayıb və şikayət təmin edilməyib:

Rail Abbasovun vəkili Zibeydə Sadıqova məhkəmənin qərarını şərh edir
please wait

No media source currently available

0:00 0:01:26 0:00


"O kimdənsə pul qalıb qaytarmamaqda ittiham olunur. Lakin belə bir hal olmayıb. Çünki, Rail Abbasov qeyd edir ki, o, ümumiyyətlə heç vaxt heç kəsdən pul almayıb. Bəxtiyar Hacıyevin işi ilə bağlı da bir neçə dəfə dindirilmişdi, evində axtarış aparılmışdı. Bu səbəbdən daha diqqətli davranırdı. Özü də iclasda bildirdi ki, bu ittiham tamamilə əsassızdır. Barəsində həbs seçilməsi üçün heç bir əsas yoxdur. Rail Abbasov ilk dəfədir hansısa cinayət əməlində ittiham olunur, daimi yaşayış yeri var. Məhkəmə bunları əsas gətirərək qərarı ləğv edə bilərdi".

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG